SON XƏBƏR

“Söz”-ün növbəti təqdimatı keçiriləcək

Dekabr 06
11:49 2015
Bu gün saat 16:30-da Nizami Kino Mərkəzində "Söz” adlı ədəbi layihənin növbəti təqdimatı keçiriləcək.
 
Bu dəfəki təqdimat Günel Anar qızının yaradıcılıq gecəsinə həsr olunacaq. Tədbirdə Nərgiz Cəlilova, Mehriban Zəki və Emil Əfrasiyab şeirlər səsləndirəcəklər. Tədbir zamanı auditoriya tərəfindən şairəyə veriləcək suallar cavablandırılacaq. Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir.
 
Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir. Məlumat üçün bildiririk ki, bu artıq "Söz" layihəsinin ikinci tədbiri olacaq.
 
Layihənin rəhbəri Nigar Həsənzadədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook