Tahir İmanovun "Ölülər XXI əsr" filminin ilk görüntüsü - video
İyul 21
23:33
2016
"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanovun çəkdiyi "Ölülər XXI əsr" adlı yeni filminin ilk görüntüləri yayılıb.
Axşam.az-ın məlumatına görə, ekran işinin soundtrəkini müğənni Elçin Cəfərov səsləndirib. Mahnıya filmdəki kadrlardan ibarət klip hazırlanıb. Mahnının musiqisi Faiq Sücəddinova, sözləri isə Baba Vəziroğluna məxsusdur.
Məşhur "Ölülər" əsərinin müasir versiyası olan ekran işində Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Mehriban Xanlarova, Dilarə Əliyeva, Elxan Quliyev, Ziba Şücayi və başqaları rol alıb.
Filmin ssenari müəllifi Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur.
Baş prodüserliyini Tahir və Cabir İmanov qardaşlarının etdiyi film sentaybrın 22-dən etibarən kinoteatrlarda yayımlanacaq.

"Ölülər XXI əsr" görkəmli dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunub.