SON XƏBƏR

Taleh Kazımov: "Uçot dərəcəsi depozit faizlərinə gələn ildən təsir edəcək"

Yanvar 31
12:50 2024
Azərbaycan uçot dərəcəsinin depozit faizlərinə gələn ildən təsir edəcəyi gözlənilir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırda bazarda kifayət qədər likvidlik var. Bizə vaxt lazımdır ki, bu likvidliyi strelizasiya edək. Yüksək likvidlik şəraitində AMB-nin faiz dərəcələri işləmir. Hesablarda olan böyük vəsaitlər bizim faizlərə reaksiya vermir. Pulun həcmini o səviyyədə saxlamalıyıq ki, onun dəyəri AMB-nin planlaşdırdığı dəhlizdə olsun.

Biz daim təkmilləşdirmə işləri aparırıq, əməliyyat çərçivəsində yeni alətlər tətbiq edirik. AMB məcburi ehtiyatlara yanaşmada yenilik tətbiq edib və biz buna bazar iştirakçılarının reaksiyasını görməliyik. Monetar və fiskal siyasətlərin güclü koordinasiyası vacibdir ki, bazarda likvidlik düzgün idarə edilsin. Bu koordinasiya vacibdir və bu koordinasiya var. Biz bunun üzərində daha çox işləyirik. Maliyyə Nazirliyi ilə koordinasiya güclüdür. Düşünürəm ki, növbəti ildən uçot dərəcəsinin depozit seqmentinə təsirini görməyə başlayacağıq", - deyə o qeyd edib.//report.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook