Talıb Əlixanbəyovun oğlunun şirkətinin dövlətə külli miqdarda borcu üzə çıxdı (FOTOFAKT)
Dekabr 09
10:19
2022
Bir müddət öncə "TRAST B.V” şirkətinin Azərbaycandakı filialı tərəfindən məhkəməyə verilən "ATEF Şirkətlər Qrupu” MMC-nin külli miqdarda vergi borcunun da olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata gprə, şirkətin hazırki borcu 420 min AZN-ə yaxındır (419438.61 AZN).
Bildirək ki, "ATEF Şirkətlər Qrupu” MMC isə 20.08.2009-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 33 milyon 892 min 585 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onu da qeyd edək ki, ATEF şirkəti 1961-ci ildən fəaliyyət göstərən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılıb. "ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri olan Əlixanbəyov Talıb Həsən oğlu eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınında İdarə heyətinin üzvdür. Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.