“Taliban” Pakistanı Əfqanıstana hücum etməkdən çəkinməyə çağırıb
Avqust 22
17:14
2023
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Hakkani bəyan edib ki, Pakistan hakimiyyət orqanlarının "Taliban”a qarşı hücumlarına "sərt cavab” veriləcək.
"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, Pakistan hakimiyyət orqanları "Taliban”ı Əfqanıstanla sərhəd Hayber-Paxtunxva vilayətində 50 nəfərin ölümü ilə nəticələnən terror aktını həyata keçirməkdə ittiham etmişdi. "Əgər Pakistan hakimiyyət orqanları Əfqanıstana güc tətbiq etməyə çalışsalar, iki xalq arasında münasibətlərə ciddi ziyan dəyəcək”, - deyə Hakkani bildirib. Eyni zamanda, o, Pakistan rəhbərliyinə "Taliban”ın yerli rəhbərliyi ilə yaraqlılara qarşı cəza tədbirləri deyil, danışıqlara getməyi məsləhət bilib.