Tallində Azərbaycan-Estoniya parkı açılıb (FOTOLAR)
Oktyabr 12
08:36
2018
Tallin şəhərində Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun simvolu olaraq parkın təntənəli rəsmi açılışı olub.
Azərbaycanın Estoniyadakı səfirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, parkın açılış mərasimində çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs edib, Tallin şəhərində Azərbaycan-Estoniya parkının salınmasının əlamətdar hadisə olduğunu bildirib.

Mərasimdə həmçinin Bakı şəhər Suraxanı rayonu icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan-Estoniya Parlamentlərarası işçi qrupunun rəhbəri Hacı Salayev, Estoniya Azərbaycan mədəniyyət mərkəzinin sədri Niyazi Hacıyev, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Mixail Korb, Tallin şəhərinin Vitse meri Andrey Novikov, Tallin şəhərinin Kristiyne rayonunun başçısı Yaanus Riybe, Estoniya ictimaiyyətinin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.