Tamar Lamparadze: Naxçıvan yaradıcı insanların ilham mənbəyidir
İyun 01
09:16
2016
Muxtar respublikaya müxtəlif ölkələrdən gələn rəssamların ortaq fikri budur ki, "Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı artıq sənət və dostluq bayramına çevrilib. Bu, həm də ondan irəli gəlir ki, Naxçıvan yaradıcı insanlar üçün əsl ilham mənbəyidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan-Azərbaycan Assosiasiyasının rəhbəri Tamar Lamparadze deyib.
Festival ərəfəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışında da iştirak etdiyini bildirən Tamar Lamparadze vurğulayıb ki, bu iki möhtəşəm hadisə nəinki Naxçıvanın, hətta bütün regionun sənət tarixi üçün əhəmiyyətlidir. O qeyd edib ki, böyük Azərbaycan rəssamı Bəhruz Kəngərli Gürcüstanda da sevilir, onun yaradıcılığına yüksək qiymət verilir. Bəhruz Kəngərlinin həyatının bir hissəsi Tibilisidə keçib, orada təhsil alıb. Bu baxımdan onun xatirəsi gürcü xalqı üçün də əzizdir.
Gürcüstanlı rəssam vurğulayıb ki, Naxçıvan əsl sənət məkanıdır. Bu qədim diyarın füsunkar təbiəti, əzəməti qarşısında söz də aciz qalır, rəng də, fırça da. Mən bir daha beynəlxalq festivalın təşkilatçılarına, xalqlar arasında dostluq, mədəniyyət körpüsü salanlara səmimi minnətdarlığımı bildirirəm.
Qlobal.az