Tanınmış bəstəkar Vətən müharibəsi ilə bağlı “Qarabağnamə” adlı balet yazır
Oktyabr 20
14:43
2022
"44 günlük Vətən müharibəsinə həsr etdiyim "Qarabağnamə” baleti üzərində işləyirəm”.
Bunu "Report”a açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da vətənpərvərlik ruhunda çoxlu əsər yazıb. E.Mansurovun sözlərinə görə, təkcə Xalq artisti Mübariz Tağıyevlə birgə onlarla mahnı bəstələyib.
"Hamısı Vətənlə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizlə bağlı olub. Müxtəlif şairlərin sözlərinə mahnılar yazmışam. Hamısı da Azərbaycanın qələbəsini vəsf edən mahnılardır. Bundan sonra da yazacam.
Hazırda yeni bir əsər üzərində işləyirəm. 44 günlük Vətən müharibəsinə həsr etdiyim "Qarabağnamə” baletinin bəzi bölmələri hazırdır”, - bəstəkar vurğulayıb.