SON XƏBƏR

Tanınmış futbolçunun evi qarət olunub

Yanvar 09
10:47 2017
"Liverpul”un hücumçusu Roberto Firmino xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçunun evi qarət olunub.
 
Yerli polis oğruların Firminonu və ailəsini günlərlə izlədiklərini bildirib. Çünki onlar ulduz futbolçunun evinə heç kim olmayanda giriblər. Qarətçilər ümumi dəyəri 70 min funt-sterlinq təşkil edən zinət əşyaları və geyimlər əldə ediblər. Oğurluq hadisəsindən qorxan Firmino həyat yoldaşı və iki övladı ilə birlikdə bir oteldə məskunlaşıb.
 
Qeyd edək ki, Roberto Firminonun "Liverpul”da həftəlik məvacibi 100 min funt-sterlinqdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook