Tanınmış ilahiyyatçıdan mübahisə yaradacaq iddia: “Quran”da cümə namazı yoxdur”
Dekabr 29
19:18
2015
"Cümə namazı qadınlara da vacibdir”.
Qlobalinfo.az Cebhe.info-ya istinadən xəbər verir ki, belə bir təkliflə ilahiyyatçı Elşad Miri çıxış edib. E.Miri qeyd edib ki, "Qurani-Kərim”də "cümə namazı” adlı namaz yoxdur: "Əlbəttə, bəziləri dərhal "Quran”dan sitat gətirəcəklər. Gətirəcəkləri 1-ci ayə var, bu da "Cümə” surəsinin 9-cu ayəsidir. Allahımız həmin ayədə belə buyurur:
«Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” Ayədə cümə namazından deyil, cümə günü qılınan «zöhr, günorta» adlandırılan namazdan bəhs edilir. Hazırda cümə günü qılınan namazı ancaq kişilərə məxsus edənlər qadınları həm bu namazdan, həm də xütbədən məhrum edirlər. Əslində isə ayədə cümə günü namaza ancaq kişilər yox, iman gətirənlərin hamısı (qadın və kişilər) dəvət edilir. Cümə adlandırılan namazın vacibliyinin «Cümə» surəsinin 9-cu ayəsi ilə əlaqələndirənlərə xatırladım ki, bu surə İslamın axır illərində nazil olub. Bu surədən əvvəl də müsəlmanlar cümə günü yığışıb namaz da qılıb, xütbəyə də qulaq asıblar. Sadəcə bir fərqlə. Əvvəl namaz qılınıb, sonra xütbə”.