SON XƏBƏR

TAP: Yunanıstanda boruların 184 kilometri qaynaq edilib

Aprel 12
19:02 2017
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan hissəsinin inşasında istifadə olunacaq boruların 66 faizi tikinti sahələrinə çatdırılıb.
 
TAP-ın 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 66 faizi - 21 min 120-si artıq tikinti sahələrinə gətirilib.
 
Yunanıstanda TAP kəməri marşrutu üzrə 260 kilometr ərazi təmizlənib, 217 kilometr borular xətt boyunca düzülüb. Boruların 184 kilometri qaynaq edilib.
 
Eyni zamanda, 154 kilometr uzunluğunda xəndək qazılıb, 119 kilometr borular xəndəyə endirilib. 97 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 18 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.
 
TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufias deyib: "Layihə üzrə Yunanıstandakı işlər qrafikə uyğun icra edilir. Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. 176 yunan şirkəti artıq layihənin həyata keçirilməsinə cəlb olunub”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook