SON XƏBƏR

Tarif Şurası dərmanların qiyməti ilə bağlı yeni məlumat yaydı

Avqust 17
10:19 2016
Dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarla əlaqədar bildiririk ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmişdir və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcəkdir.
 
1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
 
Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.
 
Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilmişdir (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook