“Tarif Şurasının qərarı kataklizmlərə yol aça bilər” - deputatdan proqnoz
Noyabr 29
17:41
2016
"Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması Azərbaycanda kataklizmlərə yol aça bilər”.
Ə.Məsimli bildirib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından, əhali arasında ciddi narahatçılıq yaranıb: "Əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq. Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.
Deputat qeyd edib ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya da təkan verəcək: "Bununla da iqtisadi böhran daha da dərinləşəcək. Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirlərinin aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıdan gələn illərdə də göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və müavinətlərin məbləğini qaldırılsın. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülsün. Eyni zamanda, yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsindən də yararlanmalıdır. Xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə əhali arasında ciddi narazılıqların və kataklizmlərin olması istisna deyil”.
Ölkə.Az-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli Azərbaycan Tarif Şurasının ölkədə təbii qaz və elektrik enerjisinin qiymətini qaldırmasına münasibət bildirərkən deyib.