Tarix diversantları
Dekabr 14
17:53
2016
Tarix ideologiyadır, ideoloji konstruksiya faktorudur. Bu üzdən də
dünyada tarixlə bağlı dartışmalar gedib, gedir, gedəcək. Hər bir xalq öz
tarixini yalnız özü üçün deyil, eləcə də başqaları üçün yazır. Özü üçün yazır özünü
öyrətmək, öyrətdiyinin üzərində yüksəlmək üçün. Başqaları üçün yazır başqalarına
öz tarixini öyrətmək, bir də özünə başqalarının qarşısında üstünlük qazandırmaq
üçün. Sonuncu daha çox ermənilərə özgü olan görsənişdir: ortada gerçək bir erməni
tarixi olmadığından, üstəlik, yeri-yurdu olmayan "Böyük Erməınistan”
epidemiyasına yoluqduqlarından ermənilər özlərinə içi yalanla doliu uydurma
tarixlər düzəldirlər. Ermənilərlə qan qohumluğu olduğunu deyən farslar da özlərinə
uydurma tarix düzəltmək baxımından ermənilərdən geri qalmır.
Bayrağımız al Günəşdir,
Çadırımız göy qübbəsi!
Bizə bəlli olanı beş materik – Asiya, Avropa, Afrika, Amerika Türkün oylağı idi. Yer üzünün hayanında köç salmasından, yurd tutmasından asılı olmayaraq Türklər hər yerdə hamısı üçün anlaşıqlı olan bir dildə - dünyanın ANA DİLİ olan Türk dilində danışırdılar. Dil uzaşmaları, bir-birini anlama çətinliyi sonrakı bölünmə-parçalanmalar, bir-birindən aralanmalar, uzaqlaşmalar sonucunda ortaya çıxdı.Qabaqca bir uruğu-bir ocağı oluşduranlar sonralar Oğuz, Qıpçaq, Qarluq deyə üç qrupa bölündü. Sonrakı dönəmdə, başqa cür desək, sonrakı bölünüb-parçalanma axarında ortaya uyğur, qazax, qırğız, özbək, türkmən, tatar, Azərbaycan tatarları-azərbaycanlılar kimi anlayışlar çıxdı, çıxarıldı.
Bir daha demək gərəkir:Rusiya imperiyası çar dönəmində etdiyi kimi, fars İranı 1925-ci il ingilis çevrilişindən üzü bəri nə yolla olur olsun AZƏRBAYCAN adını unutdurmaq istəyir. İndi özünüz görün biz içdən-dışdan necə iyrənc yağılarla üzləşmişik - varlığımızı danmağa çalışanlarla!
Mənuçöhrün yazısına komentlərdən birində deyilir: "Azərbaycan sözü ümumiyyətlə bizim dilin sözü deyil, dilə də yatmır”. Bilin: "Azərbaycan” sözü yalnız bizdən olmayanların dilinə yatmaya bilər: erməninin, farsın, bir sözlə, başqalarının. Nədən? Bütünlüklə doğma dilimiz-sözümüz olduğundan! Bizə bəlli olanı, bu sözün yaşı min ili aşır. Ərəb coğrafiyaçıları, tarixçiləri bu sözü öz dillərinə uyğun olaraq "Adərbedaqan” kimi işlədiblər. Sözün çağdaş bölgüsü belədir: Az-ər-bay-qan/can. Azlar Türk olublar, ər/ar sözü də bəllidir, bay/bəy də, qan/can da.
Bəlkə də, bu dünyada uydurmasız bir tarix varsa, o da bizim tariximiz
– Türk tarixidir. "Türklər tarix yaratdılar, ancaq onu yazmadılar”, deyən
fransız tarixçisi bunula yalnız faktı göstərmiş olmur, eləcə də Türk xarakterinə
özgü olan bir görsənişi göstərmiş olur: coşqun, dəliqanlı, qorxubilməz, alplıq-igidlik-qoçaqlıq
anlayışlarını gündəlik yaşam düzgüsü olaraq qavrayan Türklər gərəkən çağda, gərəkən
yerdə, gərəkdiyi kimi işlərini görüb bitirib başqa gərəkənin ardınca
qoşurdular.Dünyanın yalnız bir ucu, bir bölgəsi deyil, bütün Yer üzü Türk üçün
döyüş-yürüş meydanı idi. Dünyanın bu başından o başına yüzillər boyunca hər gün
tarix yaradana oturub tarix yazmaq gərəksiz görünür, ar gəlirdi.
Xəlil Rza Ulutürk Türkün coğrafiya tarixini – tarix coğrafiyasını
alışıb-yanan söz işığında necə də gözəl göstərir:
Biz Türkləriz, Vətənimiz
Başdan-başa Yer kürəsi.Bayrağımız al Günəşdir,
Çadırımız göy qübbəsi!
Bizə bəlli olanı beş materik – Asiya, Avropa, Afrika, Amerika Türkün oylağı idi. Yer üzünün hayanında köç salmasından, yurd tutmasından asılı olmayaraq Türklər hər yerdə hamısı üçün anlaşıqlı olan bir dildə - dünyanın ANA DİLİ olan Türk dilində danışırdılar. Dil uzaşmaları, bir-birini anlama çətinliyi sonrakı bölünmə-parçalanmalar, bir-birindən aralanmalar, uzaqlaşmalar sonucunda ortaya çıxdı.Qabaqca bir uruğu-bir ocağı oluşduranlar sonralar Oğuz, Qıpçaq, Qarluq deyə üç qrupa bölündü. Sonrakı dönəmdə, başqa cür desək, sonrakı bölünüb-parçalanma axarında ortaya uyğur, qazax, qırğız, özbək, türkmən, tatar, Azərbaycan tatarları-azərbaycanlılar kimi anlayışlar çıxdı, çıxarıldı.
Biz indi, 21-ci yüzildə, xalqalrın özünü yenidən qavraması, yenidən
anlayıb dəyərləndirməsi dönəmini yaşayırıq. Soy-kök axtarışları, indiyədək
yazılmış tarixini yenidən yazmaq – fundamental olaraq yazmaq, özünün
fundamental tarixi konstruksiyası ilə gələcəyə addımlamaq istəyi bir sıra
başqaları kimi Türklər üçün də aktuallıq qazanıb. Özünün böyük Türk tarixini
yazmaq – fundamental olaraq yazmaq, fundamental tarix konstruksiyasını ortaya
qoymaq çağdaş Türklüyün ən önəmli, vazkeçilməız görəvlərindən biri,
birincisidir. Böyük Türk tarixinin, böyük Türk varlığının ayrılmaz parçası olan
Azərbaycan Türkləri minillikləri aşan sosial-politik, intellektual yetkinlikləri
baxımından sözügedən görəvin başlıca yükümlülərindəndir.
Tarixin doğru-düzgün, gərəkdiyi kimi yazılması böyük dövlət işidir. Ancaq
adına dövlət dediyimizin özü Cavidin dediyi kimi "idrakı sönük” başçıların əlində
oyuncaq olmaya. Belədə doğru-düzgün, xalqa gərəkən, ölkəni uğurlu gələcəyə yönəldən
tarix çətin yazılar. Sözügedən fundamental konstruksiya doğuracaq tarixin
yazılması üçün başlıca faktorlardan biri, ola bilsin, birincisi ölkədə
doğru-düzgün ulusal (milli) eyitim (təhsil) sisteminin olmasıdır.Belə bir
sistemin olmadığı yerdə tarixin gərəyincə - dərindən-dərinə, sistemli - öyrənilməsindən
danışmaq çətin olduğu kimi, uyğun yazılışdan – uyğyn tarix yaradıcılığından
danışmaq da çətin olasıdır.
Dövlətin yetərli tarix siyasəti olmadığından bu gün bizdə tarix kimsəyə
gərək olmayan bilim alanlarından birinə çevrilib. Görünür elə bu üzdən də
tariximiz içdən-dışdan çeşidli saldırılara uğramaqdadır. İçdən-dışdan
tariximizi yenməklə bizi yenməyə çalışanlar var. Dışdan bu işi yönətən dövlətlər
var. Bilərəkdənmi-bilməyərəkdənmi içimizdən-özümüzdən də "düşmən dəyirmanına su
tökənlər” az deyil. İçdə-dışda tariximizlə bağlı gizli-açıq pozuculuq işləri
aparılır. Bunlar ideoloji pozuculuq kateqoriyasından olan işlərdir. İdeoloji
pozuculuq sonucda qaçılmaz olaraq toplumu qarşıdurmalara aparıb çıxarır.
Kimlərsə çeşidli damğalarla tariximizdəki hansısa ünlüləri çıxarıb
atmağa çalışırlar. Hərə öz bilik boxçasından, öz dəyərlərindən-dəyərləndirmələrindən
çıxış etməklə tarix yaradıcılığına girişir, bizə özünün öyrəndiyi, öyrədildiyi
kimi tarix yaratmaq istəyində bulunur. Son illər belələrindən ən aktiv olanı Avropada
yaşayan, özünü Güntay Gəncalp adlandıran birisidir. İndiyədək tariximizlə bağlı
bir sıra pozucu çıxışları ilə tanınan, görünür, hansısa siyasi sıfarişlə yaxşı
reklam olunan bu adam indi ortaya yeni bir pozici qonu atıb: ölkəmizin adı dəyişdirilməlidir.
Bir çoxları da bilərəkdən-bilməyərəkdən ona arxa durmağa girişib.
Adam "Azərbaycan” sözündən vaz keçməyə çağırışda bulunur. Ölkənin
çoxsaylı sorunları ilə bağlı illərlə Feysbukda görünməyən, görünsə də izləyici
funksiyası daşıyan bir çoxları komanda
almış kimi Feysbuka doluşaraq ona arxa durmağa çalışırlar. Neçəsi də Avropada
yaşayandı. İllərlə Avropada sosial-siyasi ağrılarıyla Azərbaycan adını dilə gətirməyən
bu adamlar, eləcə də Azərbaycanda yaşayan, ancaq "az aşım, ağrımaz başım”
prinsipiylə baş girləyən biriləri birdən-birə görünməmiş "patriotizm” sərgiləyirlər:
Karfagen dağıdılmalıdır!
Özünü Güntay Gəncalp adlandıran Mənuçöhr yazır: "Azərbaycan sözü fars
milliyətçiliyinin xatirəsi dışında heç bir dəyər ifadə etməməkdədir. "Azərbaycan”
adı altında türk birliyi inşa etmək olanaqsız. Nə zaman İrani kimlik təhlükəyə
girmişsə, fars milliyətçiliyinin və İrani kimliyin qurtarıcısı Azərbaycan
olmuşdur. Özəlliklə son 100 ildə fars milliyətçiliyinin öncül qalası Azərbaycan
olmuş, irançı, millətçi faşist ideolojilər Aazərbaycanda biçimlənmişdir. Bir
sözlə, İrani kimliyin altküməsi olan Azərbaycan irqçi fars milliyyətçiliyinin
son ümid yeri olmuşdur. Bu üzdən Azərbaycan sözünü literatürdən tədricən silərək
İranın quzeyində bitişik şəkildə yaşayan türk bölgələrinə "Türkeli” adını yerləşdirib
yayğınlaşdırmağa başlamaq gərəkir. Şimdiki şiə İran cümhuriyyətinin bilincində
olmadan türklərə etdiyi ən önəmli xidmət Azərbaycan sözünü bəzi bölgələrin üzərindən
silmək olmuşdur. Ölkə adı, çocuq adı və bütün isimlər türkcələşdirilməlidir. Bu
intellektual mücadiləyə ömürlər adanmalıdır”.
Azərbaycan sözü bu adam üçün yalnız "fars milliyətçiliyi xatirələrindən”
başqa bir dəyər daşımır. Elə bu üzdən də o, "Azərbaycan”adı altında türk
kimliyi inşa etməyin” (bizim dildə, tikmək) olamaz olduğunu bildirir. Biz indiyədək
bilməmişik, sən demə, Azərbaycan” sözünün arxasında fars milliyətçiliyi,
irqçiliyi, faşizmi dayanırmış. Sən demə, "son 100 ildə fars milliyətçiliyinin
öncül qalası” Azərbaycan olub. "Bu üzdən də Azərbaycan sözü literaturdan”
silinməlidir”. Bəlli olduğu kimi, Azərbaycan adı "literatürdən” silinsə, ölkəmiz
adsız qalar. Belə isə olmaz – ölkənin adı olmalıdır. Mənuçöhr ölkəmizə yeni ad
qoyur: ”Türkeli”. Ancaq, bunun ardınca Mənuçöhr özünün çox tutarlı saydığı
tutarqalarını tutarsız duruma gətirən bir fakta toxunur: "Şimdiki şiə İranı
cümhuriyətinin bilincində olmadan türklərə etdiyi ən önəmli xidmət Azərbaycan
sözünü bəzi bölgələrin üzərindən silməsi olmuşdur”. Ad silinib, nə dəyişib?
Görəsən, bu addəyişmə ideyası haralardan qaynaqlanır: Moskvadan, İrəvandan,
Şirazdan, Ərdoğan Türkiyəsindən, yoxsa Bakının özündən? Görəsən, Azərbaycan
sözünə bu antipatiya haralardan qaynaqlanır? Mənuçöhrün bütünlüklə yalançı "Son
100 il” söhbətinə gəlincə, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri
devrimləri Azərbaycanda deyil, başqamı ölkədə olub? Bəs son illər Güney Azərbaycanda
baş verən Türklük qalxımı necə? Görün Güney Azərbaycandan olan nə çox
soydaşımız Türklük-Türkçülük idealları uğrunda İran türmələrində çürüdülür.
Güney Azərbaycandan qabaqca Bakıya qaçıb gəlmiş, buradan Avropaya çıxıb getmiş Mənuçöhrün
başlıca borcu Avropada Güney Azərbaycan Türklərinin hüquqlarının qorunmasına
çalışmaq olardı, ancaq bu adam bütünlüklə başqa yol tutur – Azərbaycan adına
bağlı dünənki, bugünkü uğurları, qalxınmaları, çarpışmaları qaralamağa girişir.
Hələ "Traxtur” butbol komandasının oyunlarında ortaya çıxan çoxminlik Türkçü
görsənişlər –onları necə danmaq olar?! Eləcə də Təbridə, Urmiyada, Güney Azərbaycanın
bir çox yerlərində baş verəın qalxımlar – onları necə danmaq olar?! Mənuçöhr
çox asanlıqla bütün Güney Azərbaycanın üzərinə qara ləkə çəkir – fars milliyətçiliyinin,
fars irqçiliyinin, fars faşizminin başlıca dayağı kimi! Görünür, kuklaoynadanlara
Azərbaycanı belə tanıtmaq gərəkir.
Yazının başlanğıcında "Azərbaycan”
sözünü farsa bağlayan Mənuçöhr az sonra öz özünü danır - fars rejiminin
bu sözə açıq düşmənçiliyini göstərməklə!
Yalançının yaddaşı olmaz, deyirlər. On
sətirlik yazının başlanğıcında farsın "Azərbaycan” sözünə sevgisi, sonunda düşmənçiliyi
göstərilir. Bu gün fars molla rejiminin Güney Azərbaycanda etdiklərini – Azərbaycan
Türklərinin etnik adını danmağı, Azərbaycan adının unutdurulması siyasətlərini
– bir çağlar çar Rusiyası da yürüdürdü. Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd
Əmin Rəsulzadə Rusiya imperiyasından ayrılmanın başlıca qazanclarından biri
olaraq yazırdı: "Azərbaycan adı qazanılmış bir davadır”. İndi Avropada yaşayan
bir dönük qalxıb ölkəmizin adını dəyişməyə çağırır, biriləri də ona züy
tuturlar. İllərdən bəri ideoloji pozuculuq yolu tutaraq Azərbaycan-Türk
tarixini o başdan bu başa çıxdaş etməyə çalışan birisinə başqa nə ad vermək
olar?!Belə adlandırma birilərinin ürəyinə yatmır, məni "qürbətdə yaşayan
soydaşımızla" "etikalı" davranışa çağırırlar. Mən kimə nə
dediyimi gözəl bilirəm. Bir daha vurğulayıram: o adam uzun illərdir tariximizlə
bağlı açıq pozuculuq işi aparır. Beləsiylə polemikaya girməyə dəyərmi?! Bu adam
açıq diversantdır - tarix diversantı!
Varşavada yaşayan birisi Güney Azərbaycandakı 30-40 milyon
soydaşımızı özlərinə Türk dedikləri üçün "NADAN, RƏZİL” adlandırır, tariximizlə
bağlı yalanlar uydurur, Mənuçöhr başda olmaqla, başqaları susur. Özü də özlərini
"türk”adlandıra-adlandıra susurlar...
Bir daha demək gərəkir:Rusiya imperiyası çar dönəmində etdiyi kimi, fars İranı 1925-ci il ingilis çevrilişindən üzü bəri nə yolla olur olsun AZƏRBAYCAN adını unutdurmaq istəyir. İndi özünüz görün biz içdən-dışdan necə iyrənc yağılarla üzləşmişik - varlığımızı danmağa çalışanlarla!
Mənuçöhrün yazısına komentlərdən birində deyilir: "Azərbaycan sözü ümumiyyətlə bizim dilin sözü deyil, dilə də yatmır”. Bilin: "Azərbaycan” sözü yalnız bizdən olmayanların dilinə yatmaya bilər: erməninin, farsın, bir sözlə, başqalarının. Nədən? Bütünlüklə doğma dilimiz-sözümüz olduğundan! Bizə bəlli olanı, bu sözün yaşı min ili aşır. Ərəb coğrafiyaçıları, tarixçiləri bu sözü öz dillərinə uyğun olaraq "Adərbedaqan” kimi işlədiblər. Sözün çağdaş bölgüsü belədir: Az-ər-bay-qan/can. Azlar Türk olublar, ər/ar sözü də bəllidir, bay/bəy də, qan/can da.
Azərbaycanın sonradan "türkləşməsi” ilə bağlı deyilənlər isə
bütünlüklə yalandır. Türklər başqalarını asimilyasiya edən olsaydılar, İranda
min il ağalıq etdikləri çağlarda farsları asimliyasıiya edər- türkləşdirərdilər.
Azərbaycan min illər qabaqdan TURLAR ÖLKƏSİ adlanıbsa, onun 11-ci yüzildən
sonra "türkləşməsi” yağı yalanından savayı nə ola bilər?!
Xalıq Bahadır