SON XƏBƏR

Tarix Muzeyində “Şərqin qızıl sikkələri” kataloqu hazırlanır

Aprel 20
18:00 2018
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda qorunub saxlanılan Şərq qızıl sikkələri kolleksiyasından ibarət "Şərqin qızıl sikkələri” kataloqu hazırlanır.
 
Muzeydən AZƏRTAC-a bildiriblər ki, kataloq bu müəssisənin numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, professor Əli Rəcəbli və xüsusu fondun müdiri, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova tərəfindən tərtib edilir.
 
Kataloqda Şərq dövlətlərinə aid 130 ədəd sikkə haqqında ətraflı məlumat (şəkillərlə) yer alacaq. Azərbaycan ərazisindən tapılmış numizmatik artefaktlar – qızıl sikkələr dövlətçilik, ticarət və əmtəə-pul münasibətlərinə dair dəyərli və tutarlı bir mənbə rolunu oynayır.
 
Elmi dövriyyəyə daxil ediləcək kataloq IV əsrdən XIX əsrə qədərki dövrü əhatə edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook