SON XƏBƏR

Tarixi hamam, yoxsa hotel saunası? - VİDEO

İyul 07
18:28 2022
Gəncədə tarixi memarlıq abidəsi hotelə çevrilib.

"Çökək hamam” tarixi memarlıq abidəsi 1606-cı il də inşa edilib. Möhtəşəm memarlıq quruluşuna malik olan tikili Gəncənin əsas tarixi abidələrindən biridir. Tikilinin dövlət tərəfindən qorunması ilə bağlı üzərinə vurulan lövhədə məlumat da yer alıb. Hətta 2002-ci ildən "Çökək hamam” beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alaraq UNESCO tərəfindən mühafizə olunur.

Amma tarixi memarlıq abidəsi illərdir ki, şəxsi mülkiyyətə çevrilib və yaxınlıqda yerləşən hotelin istifadəsinə verilib. İndi tarixi hamama yalnız hotelə gələn şəxslər daxil ola bilirlər. 

Qeyd edək ki, şəhərin mərkəzində yerləşən tarixi abidə 2013-cü ildən ziyarətçilərinin üzünə bağlanıb və 2014-cü ildən yaxınlıqda yerləşən məşhur hotelin hamamı kimi istifadə edilir. O da bildirilir ki, hotelin müştəriləri hamama girişi yeraltı tunel vasitəsilə həyata keçirirlər və hotelin içindən hamama uzanan, dərinliyi 4 metr olan xüsusi keçid inşa edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook