Tatarlardan gülünc tələb: "Anna Karenina"nın finalı dəyişdirilsin!"
İyul 19
01:39
2019
Tatarıstanda L.Tolstoyun "Anna Karenina” romanının finalını dəyişməyi tələb edirlər.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Tatarıstanda L.Tolstoyun "Anna Karenina” romanının finalını dəyişməyi vəora "tatar xalqına xas ailə dəyərlərini” əlavə etməyi tələb ediblər.
"Pozitiv Tatarıstan” adlanan təşəbbüskarlar qrupu belə bir təkliflə çıxış edib. Təşəbbüs müəlliflərinin fikrincə, əsər intihar və zinakarlığı təbliğ etməməli, həyata bağlı bir finalla bitməlidir.
İmzalanmış petisiya Respublikanın Mədəniyyət nazirinə, Hökumət şurasının sədrinə və Kazanın 3 teatrının rəhbərinə göndərilib.
Vətəndaşların hiddətinə yaxın zamanlarda Kazanda göstərilən "Anna Karenina” adlı immersiv tamaşa səbəb olub. Hadisələrin 19-cu əsr malikanəsində baş verməsinə baxmayaraq, tamaşaçıların diqqətini orda baş verən zinakar, uyğunsuz hadisələr çəkib.
Petisiyada deyilir:
"Anna Karenina” immersiv şousunun reklamının aparılmasını və ümumiyyətlə romanın sürətlə populyarlaşmasını müşahidə edərək tələb edirik:
1. Kazan sakinlərinə "Anna Karenina”nın reklamı vasitəsilə ötürülən zinakarlıq və intiharın kütləvi təbliğatını dayandırılsın.
2. Romanın məzmunu daha həyatabağlı məzmunla dəyişdirilsin, Tolstoyun mətninə bizim respublikamızın və xalqımızın ənənələrinə xas olan müsbət ailə dəyərləri əlavə olunsun”