Taxıl idxalının gizlinləri: hər tondan 1 manat qazanırlar
Dekabr 23
08:17
2016
Vahid Məhərrəmov: "Bu gün hökumət strukturlarında elə adamlar var ki, onlar ölkəyə daha çox buğda idxalında maraqlıdırlar”
Azərbaycan kənd təsərrüfatının stimullaşdırılmasını qarşıya məqsəd qoysa da, heç strateji məhsul olan taxılın idxalından qurtula bilmir. Ölkə taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir, bu, azmış kimi, xaricdən gətirilən buğdanın da keyfiyyət problemi müzakirə edilir. Həmçinin yerli istehsalın da keyfiyyətsiz olduğu vurğulanır. Ekspertlər musavat.com-a bunun səbəblərdən danışıblar.
Natiq Cəfərli bildirib ki, taxıla olan tələbatımızı ödəyə bilməməyimiz ciddi səbəblərlə bağlıdır: "Birinci səbəb keyfiyyət məsələsidir. Azərbaycanda aqrar sahəyə uzun müddətdir ki, ciddi diqqət yetirilmir. Nə kultivasiya, becərmə, nə əkilən taxıla xidmət məsələsində irəliləmə yoxdur. Keyfiyyətli məhsulun becərilməsi məsələsində problemlər var. Azərbaycanda istehsal olunan taxılın keyfiyyət dərəcələri çox aşağıdır. Azərbaycanda istehsal olunan taxıldan çörək bişirmək, un məmulatları hazırlamaq mümkün olmur. Bu səbəbdən ya Qazaxıstandan, ya Rusiyadan, bir qədər də Ukraynadan alınmış taxılla qataraq müəyyən dərəcədə keyfiyyəti yüksəltməyə çalışırlar. Əsas məsələ Azərbaycanda artıq keyfiyyətli taxılın istehsalıdır. Bunun üçün yeni sort toxumlar ölkəyə gətirilməli, yaxşı aqrotexniki xidmət göstərilməlidir. Kimyəvi qulluq yüksək səviyyədə olmalıdır, keyfiyyətli gübrələr alınmalıdır. Aqrotexnika yaxşı işlədilməlidir. Bir çox sahələrdə biz işimizi daha yaxşı və daha keyfiyyətli qurmalıyıq ki, Azərbaycanda istehsal olunan taxıl keyfiyyət dərəcələrinə cavab versin və Azərbaycanın öz taxılından un və çörək məmulatları almaq mümkün olsun. İndi hələlik bu, mümkün deyil. Hazırda xarici taxıl çox olmaqla, 70-in 30-a nisbətində qatılmaqla, nisbətən normal məhsul ortaya çıxarılır. Getdikcə bu rəqəm Azərbaycanın xeyrinə dəyişməlidir. Bunun üçün ciddi addımlar atılmalıdır. Kifayət qədər görüləcək işlər var. Bu, böyük zaman da alacaq. Bu zaman kəsiyində də biz xaricdən aldığımız taxıla möhtac olacağıq”.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, taxılı xaricdən almağımızın səbəbləri çoxdur: "Ən ciddi səbəb pis idarəçilikdir. Xüsusilə aqrar siyasətlə bağlı... Azərbaycan özünü bu strateji məhsulla təmin etmək imkanına malik deyil. Buna aqrar siyasət təsir göstərir. Rəsmi statistikada açıqlanan kimi gerçək istehsal yoxdur. Mövcud istehsal keyfiyyətinə görə tələbatı tam ödəmir. Taxıl istehsalı gəlirli, mənfəətli bir sahədir. Bu sahədə inhisarçılıq var, monopoliya var. Azərbaycanda yeni sort, daha məhsuldar taxıl yetişdirilməsi istiqamətində imkanlar var. Amma təəssüf ki, həm aqrotexniki, həm digər səbəblərdən onu biz təşkil edib ortalığa lazım olan səviyyədə çıxara bilmirik”.
Qeyd edək ki, ekspertlər ölkənin ərzaq buğdasının tamamilə idxaldan asılı olduğunu vurğulayırlar. Bildirilir ki, ölkədə məqsəd taxılı yetişdirmək, becərmək deyil, məqsəd dotasiyadan bəhrələnməkdir. Yəni istehsal etdiyimiz taxıldan əslində heç yemək üçün istifadə edilmir. Xaricdən hər il təxminən 1 milyon 500 min ton buğda idxal edirik, 1 milyon 800 min ton da özümüz istehsal edirik. Bunlar üst-üstə 3 milyon 300 min ton taxıl edir. Azərbaycanın istehlakı, tələbatı təxminən 1 milyon 300 min tondur. Əgər xaricdən bu qədər taxıl idxal ediriksə, bizim özümüz istehsal etdiyimiz taxıldan yemək kimi istifadə etmirik, xaricdən aldığımız taxılın hesabına yaşayırıq.
Ekspertlər qeyd edirlər ki, bu, ərzaq təhlükəsizliyi ilə bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Yəni indiyədək bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Əsas səbəb odur ki, fermerlərin maddi-texniki təchizatı yetərincə deyil. Bu da kompleks yanaşmanın olmamasının nəticəsidir.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə azadliq.org-a bildirib ki, hazırda Qazaxıstan və Rusiyadan Azərbaycana gətirilən buğda 4-cü, 5-ci sinif buğdadan, yəni yemlik məhsuldan da keyfiyyətsizdir: "Bu gün hökumət strukturlarında elə adamlar var ki, onlar ölkəyə daha çox buğda idxalında maraqlıdırlar. Təsəvvür edin, hər il 1 milyon 400 min ton buğda gətirilir. Hər tonundan 1 manat qalırsa, görün, bu, nə qədər vəsaitdir. Heç bir əziyyət çəkmədən, heç bir problemi düşünmədən, bunun həlli ilə bağlı heç bir addım atılmadan, kabinetdə oturub milyonlarla vəsaitə sahib olursan. ƏDV-nin ləğv edilməsi inhisarçı məmurlara sərf edir”. Onun fikrincə, ƏDV-nin ləğvi hökumətin aqrar siyasətindəki çatışmazlıqlardan qaynaqlanır. ƏDV tətbiq etməklə, hökumətin əslində ölkədə taxılçılığın inkişafını stimullaşdırmaq istədiyini bildirən ekspert daha sonra deyir: "Ancaq hökumətin bu siyasəti baş tutmadığından, dövlət büdcəsi ikitərəfli itkiyə məruz qalır. Hökumət, bir yandan, büdcəyə çatacaq 18 faiz həcmində vəsaitdən imtina edir, o biri yandan, məsələn, buğda yetişdirməyə subsidiya ayırır. Məsələn, ötən il buğda istehsalına 50 milyon manata yaxın subsidiya ayrılmışdı. Bu, hələ son deyil. Kənd təsərrüfatı torpaq vergisindən başqa bütün vergilərdən də azaddır. Bununla yanaşı, keçən il kənd təsərrüfatına toplam 180 milyon manatdan çox subsidiya verilib. Büdcə bu qədər vəsait itirsə də, vətəndaşlar keyfiyyətli çörəklə təmin olunmurlar”.