Taxıl şirkəti ikinci ildir ki, zərərlə işləyir – HESABAT
İyul 02
11:08
2019
"Salyan-Taxıl” ASC 2018-ci ilin yekunları üzrə hesabatını açıqlayıb.
Fed.az hesabata əsasən xəbər verir ki, şirkət ardacıl ikinci ili zərərlə başa vurub.
Ötən il şirkətin gəlirləri 2017-ci illə müqayisədə 2 dəfə azalaraq 40,2 min manatdan 18,5 min manata düşüb.
Şirkətin xərcləri isə bundan 10 dəfə artıq – 188 min manat təşkil edib. Əməliyyat zərəri isə 162,8 minə yüksəlib. Nəticədə şirkət ili elə bu məbləğdə xalis zərərlə başa vurub.
Ötən il «Salyan-Taxıl» işçilərinə çəkdiyi xərcləri də 5 dəfə azaldaraq 40 min manatdan 7500 manata endirib.