Tbilisidə “Nizaminin xatirəsinə” simfoniyası səslənəcək
İyun 29
17:00
2022
İyulun 2-də Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə konsert keçiriləcək.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, musiqi axşamında dirijorun idarəçiliyi altında Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin müşayiəti ilə Yunanıstandan olan fleytaçalan Statis Karapanos çıxış edəcək.
Konsertin xüsusi qonağı qismində Ukrayna-Gürcüstan müğənnisi Sofi Villi də ifalarını təqdim edəcək.
Axşamda Mika Mdinardzenin müəllifi olduğu "145/Xristos” əsərinin premyerası olacaq. Həmçinin Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün "Nizaminin xatirəsinə” simfoniyası və Otar Qordelinin fleyta üçün konsertinosu da səslənəcək.