SON XƏBƏR

TDT ədliyyə nazirləri Ankarada bir araya gəlib - Notariat Birliyinin sənədi imzalanacaq

Oktyabr 05
14:40 2023
Ankarada Türkiyənin Ədliyyə Nazirliyində Türk Dövlətləri Təşkilatının (TDT) ədliyyə nazirlərinin görüşü keçirilib.

"Report” "Hürriyət”ə istinadən xəbər verir ki, görüşdə Türk Dünyası Notariat Birliyinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa, TDT daxilindəki ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç mətbuata açıqlamasında nazirlərin bu gün Türk Dünyası Notariat Birliyinin qurulması ilə bağlı sənəd imzalayacaqlarını bildirib.

O, həmçinin söyləyib ki, toplantıda qarşılıqlı əməkdaşlıqlar haqqında da danışılıb.

Görüşdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil edib.

Qeyd edək ki, dünən Türkiyənin Ədliyyə Nazirliyindən verilən açıqlamada Türk Dünyasının Notariat Birliyinin notariat işlərini daha da sürətləndirəcəyi bildirilmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook