SON XƏBƏR

TDT-in Fövqəladə Halların İdarəedilməsi ilə bağlı mərkəzləri yaradılacaq

Sentyabr 07
12:43 2023
"Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə nazirlərinin ikinci iclası hər hansı bir üzv dövlətin ərazisində təbii fəlakət baş verərsə, üzv ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi".
 
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir bildirib ki təşkilatın növbəti iclası Qazaxıstanda olacaq:

"Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə mərkəzlər olacaq. Bu, mərkəzlər üzv dövlətlərin ərazilərində yerləşəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook