TDT sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayır
May 01
16:43
2024
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayır.
Bunu "Report”a açıqlamasında TDT-nin Baş katibi Kubanıçbek
Ömüralıyev deyib.
"TDT bunu alqışlayır. Bu proses başlamalı idi və bu proses bizi sevindirir”, - o vurğulayıb.
Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.