TƏBİB-in sözçüsündən aqressiv açıqlama: “Məlumatım yoxdur, araşdırmayacam da..."
İyun 19
13:29
2020
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxduğuna dair xəbər yayılıb.
Rayon İcra Hakimiyyətindən Cebhe.info-ya bildirilib ki, əməkdaşlardan iki gün əvvəl koronavirus testi götürülüb və nəticə bu gün bəlli olacaq. Bununla belə icra başçısının özünü yaxşı hiss etdiyi, iş başında olduğu bildirilərək xəstəxanaya yerləşdirilməsi xəbəri təkzib olunub.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə Cebhe.info-nun sorğusuna cavab olaraq bu barədə məlumat verə bilməyəcəklərini söyləyib:
"Məlumatım yoxdur, araşdırmayacam da... Çünki hər kəs virusa yoluxa bilər. Rəsmilər də, qeyri- rəsmilər də. Ona görə də o barədə məlumat verə bilmərəm”.