SON XƏBƏR

Təhsil haqqı kreditlə ödəniləcək

Oktyabr 13
11:54 2015
"Bu ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq".
 
BAKU.WS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında bildirib. 


Nazirin sözlətinə görə, həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaq.


M.Cabbarov ali təhsil sistemində institusional dəyişikliklər davam etdirildiyini də vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq tələblərə uyğun məzmunca yeni təhsil proqramlarının hazırlanması işinə başlanılıb: "Ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilib, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam edib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook