"Təhsil Liqası" biabırçılığı: kolbasa-çörək yeyən, dərsdən yayındırılan şagirdlər...
Dekabr 15
15:50
2017
Bakıda Təhsil Nazirliyinin təşəbbüsü ilə 8-9-10 yaşlı məktəblilər arasında futbol üzrə U-8, U-9 və U-10 Təhsil Liqası oyunları keçirilir.
Təhsil Liqasında baş verənlərlə bağlı Qaynarinfo-ya balaca futbolçuların valideynləri məlumat verib. Əsas problemlərdən biri oyun saatları ilə bağlıdır. Oyunlar həftənin 5-ci günləri saat 11.00-da başlayır. Təxirə salınmış oyunlar isə həftənin 3-cü günləri eyni saatda start götürür.
İbtidai bazanın məktəblilərin təhsilində önəmini, bu pillədə hər günün, hər dərs saatının onlar üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, Təhsil Nazirliyinin bu addımını digər tərəfdən təhsilin baltalanması hesab etmək heç də yanlış olmaz. Lakin görünür bu Təhsil Nazirliyini qətiyyən narahat etmir ki, azyaşlı şagirdlər parta arxasında oturmalı olduğu vaxtda, futbol meydançasına çağırılır.
Yarışda paytaxt məktəbləri ilə yanaşı, müxtəlif rayonlardan da şagirdlər qatılır. Bu zaman isə daha bir iyrənc mənzərə ortaya çıxır.
Belə ki, Lənkəran, Şirvan, Gəncə və s. bölgələrdən uşaqalar səhər tezdən köhnə "Gazel"lərlə paytaxta yola salınır və təxminən elə oyun vaxtı da mənzil başına çatırlar. Uzun yoldan gələn azyaşlıların oyundan öncə istirahəti, düzgün şəkildə qidalanmaları demək olar ki, nazirlik tərəfindən təmin olunmur.
Yarış üçün Təhsil Nazirliyinin büdcəsindən kifayət qədər vəsait ayrılıb, amma 8-9 yaşlı uşaqlar meydana kolbasa-çörək yedirdilərək çıxarılır. Onu da Təhsil Nairliyi yox, uşaqları yarışa gətirən məktəblər alır. Oyun bitəndən sonra isə yenidən "Gazel"lərə doldurularaq geriyə - rayonlara göndərilirlər. Adını da qoyurlar "futbolun inkişafı"...
Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Qlobal.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, hər liqada 12 komanda olmaqla çempionatda ümumilikdə 36 komanda yarışır. Uşaqların az yaşlarından etibarən idmana cəlb olunması, pis vərdişlərdən uzaq tutulması nə qədər sevindirici məqamdırsa, təşkilatçıların qeyri-peşəkarlığından yaranan problemlər də ürəkağrıdıcıdır.
Təhsil Liqasında baş verənlərlə bağlı Qaynarinfo-ya balaca futbolçuların valideynləri məlumat verib. Əsas problemlərdən biri oyun saatları ilə bağlıdır. Oyunlar həftənin 5-ci günləri saat 11.00-da başlayır. Təxirə salınmış oyunlar isə həftənin 3-cü günləri eyni saatda start götürür.
İbtidai bazanın məktəblilərin təhsilində önəmini, bu pillədə hər günün, hər dərs saatının onlar üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, Təhsil Nazirliyinin bu addımını digər tərəfdən təhsilin baltalanması hesab etmək heç də yanlış olmaz. Lakin görünür bu Təhsil Nazirliyini qətiyyən narahat etmir ki, azyaşlı şagirdlər parta arxasında oturmalı olduğu vaxtda, futbol meydançasına çağırılır.
Yarışda paytaxt məktəbləri ilə yanaşı, müxtəlif rayonlardan da şagirdlər qatılır. Bu zaman isə daha bir iyrənc mənzərə ortaya çıxır.
Belə ki, Lənkəran, Şirvan, Gəncə və s. bölgələrdən uşaqalar səhər tezdən köhnə "Gazel"lərlə paytaxta yola salınır və təxminən elə oyun vaxtı da mənzil başına çatırlar. Uzun yoldan gələn azyaşlıların oyundan öncə istirahəti, düzgün şəkildə qidalanmaları demək olar ki, nazirlik tərəfindən təmin olunmur.
Yarış üçün Təhsil Nazirliyinin büdcəsindən kifayət qədər vəsait ayrılıb, amma 8-9 yaşlı uşaqlar meydana kolbasa-çörək yedirdilərək çıxarılır. Onu da Təhsil Nairliyi yox, uşaqları yarışa gətirən məktəblər alır. Oyun bitəndən sonra isə yenidən "Gazel"lərə doldurularaq geriyə - rayonlara göndərilirlər. Adını da qoyurlar "futbolun inkişafı"...
Maraqlıdır ki, bu gün keçirilən oyunlar üçün ümumiyyətlə hakimlər göndərilməyib.
Qlobal.Az