SON XƏBƏR

Təhsil Nazirliyi 5.6 milyonluq noutbuk alacaq: “İnfinitech” MMC kimindir?

Noyabr 22
18:47 2021
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi komputer avadanlıqlarının (noutbukların) alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İnfinitech” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 5 604 922. 12 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İnfinitech” MMC 22 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 250 020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli, ev 9, mənzil 107-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əyyubov Mustafa Sabir oğludur. 

Şirkətin veb-səhifəsində qeyd edilir ki, "İnfinitech" Azərbaycanın peşəkar və ən etibarlı IT şirkətlərindən biri olaraq, dövlət və özəl qurumlara innovativ həllər təklif edir.

Mustafa Əyyubov barəsində isə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. 

Şirkət 2020-2021-ci il ərzində Maliyyə, Ədliyyə nazirliklərin, həmçinin Bakı Dövlət Universitetinin milyonluq tenderlərinin qalibi olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook