SON XƏBƏR

TƏKBAŞINA DÖYÜŞÇÜ

Dekabr 01
09:26 2015
Bu gün nədənsə Mübariz İbrahimovu xatırladım.
 
Onu xatırladıqca yaddaşımda Çin ilə sərhəddə təkbaşına bütöv bir imperiya ordusu ilə savaşan Gürşad canlandı. Bu millət hər zaman təkbaşına onu qurtaracaq. Gürşadlar yetirmək gücündədir. Mübariz bu günün Gürşadıdır.
 
Ey Gürşad, sal nurunu,
Turan hüzün içində.
Bəsdi daha gizləndin
Özün özün içində.
 
Ey nurda gizlənən sirr,
Nurunla könlümə gir...
Görüm niyə görünmür,
Astar üzün içində.
 
Dərvişlikdən məni poz,
Ya şəhid, ya qazi yaz,
Gözümə bax, yazı yaz,
Ürək gözün içində.
 
Ey ruhum, ayağa dur,
Düşdüyüm tilsimi qır,
Zaman məndə çırpınır,
Mən bir sözün içində.
 
Mən Viyetnamda olanda öyrəndim ki, mütəşəkkil ordusu olmayan Vyetnam müharibəni Vyetnamın qəlbi adlandırılan Kuçi vilayətindən olan təkbaşına döyüşçülərin hesabına qazanıb. Bunu mənə buddist bir rahib söyləmişdi...
 
Və sonradan bildim ki, təkbaşına döyüşçülərdən biri də o rahib imiş...
 
Hərdən könlümdən təkbaşına bir döyüşçü olmaq keçir,əfəndilər. Bilirsiniz niyə?
 
Çünkü: And olsun Allaha,daha Baxa bilmirəm gözlərə; O gözlər nə cür sığacaq, Bu tabut,bu məzar sozlərə? Mübariz olmaq istəyən nə qədər adam var bu məmləkətdə, görəsən?!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook