Tekstil sənayemizin bərbad durumu: keyfiyyətsiz məhsul idxalı daxili istehsalı ləngidir
Avqust 01
13:09
2019
Bu gün dünyada tekstil, geyim və geyim aksessuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir. Vaxtilə Böyük Britaniyada sənaye inqilabına gətirən toxuculuq və geyim istehsalı uzun onilliklər boyu inkişaf etmiş ölkələrin əsas sənaye sahəsi olub. Son 20 ildə digər sənaye sahələrindən geri qalan toxuculuq, daha dəqiq desək, tekstil sənayesinin son məhsulları ən bahalı mallar sırasındadır: bahalı brend geyimlərin bəziləri milyonlarla dollara başa gəlir...
Dünya tekstil sənayesində həm də qarışıq liflərdən parça istehsalı sürətlə inkişaf etməkdədir. Söhbət kimyəvi liflərlə təbii liflərin qarışığından hazırlanan parçalardan gedir. Hazırda il ərzində dünyada 35-40 milyard kv.metr sintetik-təbii xammal qarışığı olan parçalar, 30-35 milyard kv.metr pambıq, 3 milyard kv.metr yun, bundan bir qədər az kətan və təmiz ipək parçalar istehsal olunur. Bundan əlavə, ildə 5-6 milyard kv.metr əl işi olan hind sarisi istehsal edilir. Bu məhsulun demək olar ki, hamısı daxili bazardaca satılır.
Azərbaycanda tekstil sənayesinin tarixi 20-ci əsrin əvvəllərinə gedib çıxır. XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. 1913 – cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 min ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79 faiz, 10 faiz və və 2 faizinə bərabər olub.
Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib, çoxsaylı toxuculuq, tikiş və digər müəssisələr yaradılıb. Lakin müstəqillik dövründə bu müəssisələrin böyük əksəriyyəti özəlləşdirilib, fəaliyyətini dayandırıb. Hazırda Bakı Tikiş Evi və "Şəki-ipək” fəaliyyət göstərməkdədir.
Keyfiyyətli pambıq istehsal edə bilmirik
2014-2015-ci illərdə dünya neft bazarında qiymətlərin kəskin enməsi Azərbaycanda ənənəvi sahələrin dirçəldilməsi istiqamətində bir sıra addımların atılmasına gətirib çıxardı. Bu addımlar sırasında tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması, eyni zamanda baramaçılıq və xalçaçılığın inkişafı daxildir. 2018-ci ildə ölkədə pambıq istehsalı 230 min tona yaxın olub. Bu il istehsalın daha yüksək olacağı gözlənilir. Lakin məsələ burasındadır ki, Azərbaycanda yüksək keyfiyyətli toxumdan istifadə olunsa da, əldə olunan məhsul – pambıq üst geyimləri, ən əsası isə yüksək keyfiyyətli geyimlər istehsalı üçün yararlı deyil. Mütəxəssislərin dediyinə görə, iki-üç il əvvəl istehsal olunan pambığın keyfiyyəti pambığın orta lif uzunluğu, qalınlığı, təmizliyi və sair göstəricilər baxımından əlverişli deyildi. İndi bu sahədə yaxşı nəticələr əldə olunur. Amma əgər söhbət yüksək keyfiyyətli, brend geyim istehsalından gedirsə, hələlik Azərbaycan pambığı onun üçün uyğun deyil.
Buna görə də indi diqqət Azərbaycanda əvvəllər olmuş toxuculuq sənayesinin - yataq dəstləri, bez məhsulları və sair istehsalını bərpa etməyə yönəldilib. Bunun üçün openend ipliyi lazımdır, belə iplik üçün əldə olunan mahlıcın keyfiyyəti tam uyğundur.
Yeri gəlmişkən, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqda məhsuldarlıq və keyfiyyətin artırılması üçün bir neçə ölkənin təcrübəsi əsasında layihələrin icrasına başlanıb. Bu layihələrdən biri Ucar rayonunda 10 hektar sahədə Çin texnologiyası əsasında pambıq yetişdirilməsidir. Bu layihənin əsas məqsədi suvarma imkanlarının məhdudluğu şəraitində istehsalı intensiv üsulla artırmağa nail olmaqdır. Çin texnologiyasından istifadə nəticəsində sahədən 50-60 sentnerlik məhsuldarlığa nail olunması planlaşdırılır. Bundan əlavə, nazirlik Beyləqan və Tərtərdə türk və yunan mütəxəssislərinin iştirakı ilə model təsərrüfatlar yaradır. Bu layihələr də məhsuldarlıq və keyfiyyət göstəricilərinin ciddi artırılması məqsədi daşıyır.
İnfrastruktur da yoxdur...
Hətta yüksək keyfiyyətli xammal istehsalına nail olunsa belə, bu gün ölkədə pambıqdan son məhsulun əldə olunması üçün lazım olan infrastruktur qurulmayıb. Belə ki, Azərbaycanda 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü 465 min tondur. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Ötən il Mingəçevir sənaye parkında 2 iplik istehsalı zavodu fəaliyyətə başlayıb. Rəsmi statistikaya nəzər salsaq görərik ki, hələ də pambığın mahlıc formasında ixracı üstünlük təşkil edir. Belə ki, gömrük statistikasına əsasən bu ilin 6 ayında Azərbaycandan xaricə 75 milyon 675.34 dollar dəyərində 53 min ton pambıq mahlıcı, 14,6 milyon dollar dəyərində 6 min ton pambıq ipliyi ixrac olunub. Ötən ilin 6 ayında bu göstəricilər müvafiq olaraq 80,4 milyon dollar dəyərində 54,3 min ton mahlıc, 23,7 milyon dollar dəyərində 9,5 min ton iplik olub. Göründüyü kimi, bu sahədə də əlavə güclərin yaradılmasına ehtiyac var. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur.
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi tərəfindən tekstil sənayesinin inkişafına dövlət dəstəyinə dair təkliflərin hazırlanacağı bildirilsə də, hələ ki, bu barədə hər hansı rəsmi açıqlama verilmir. Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası dövlətdən ciddi dəstək gözləyir. Assosiasiyanın rəhbəri Mehriban Axundovanın mətbuata dediyinə görə, tekstil sənayesi aşağı rentabelli olduğuna görə bütün ölkələrdə dövlət bu sahəyə dəstək verir: "Biz bu sahədə Türkiyə təcrübəsini əsas götürürük. Orada dövlət tərəfindən tekstil sənayesinə ciddi güzəştlər edilir. Eyni zamanda Özbəkistanda da bu yolla getməyə başlayıblar. Bizdə də belə güzəştlərin tətbiq olunması zəruridir. Düşünürəm ki, növbəti mərhələ toxuculuq sənayesinin inkişaf etdirilməsi olmalıdır. Burada məqsəd əldə olunan ipliyin parça, daha sonra geyim halında ixracına nail olmaqdır. Tekstil sənayesi aşağı rentabelli sənaye hesab olunur. Buna görə də bu sahəyə dövlət dəstəyi mütləqdir”.
İdxal edilən ucuz məhsullar yerli istehsalın inkişafını ləngidir
Hazırda ölkədə Şəki tekstil, Şəki-İpəkdə, Gilan Tekstil parkında toxuculuq fabrikləri var. M.Axundova deyir ki, onların istehsal gücü daxili tələbatı tam qarşılamaq, həmçinin xaricə də məhsul ixrac etmək imkanındadır: "Sadəcə, hazırda Azərbaycana Çindən, Pakistandan aşağı keyfiyyətli, ucuz məhsullar idxal olunur deyə daxili istehsalı genişləndirmək mümkün olmur. İdxal edilən məhsulların çoxusu heç bir keyfiyyət standartına cavab vermir, bir çox hallarda isə insan orqanizmi üçün zərərlidir. Onlar poliester tullantılarından əldə olunan iplikdən hazırlanır, boyanmada orqanizm üçün təhlükəli olan boya maddələrindən istifadə edilir. Amma Azərbaycandakı fabriklər Avropa standartlarına uyğun, ekoloji təmiz boyalardan istifadə edirlər. Toxuculuq fabriklərinin inkişafı üçün keyfiyyətsiz məhsulların idxalının qarşısını almaq üçün dövlət tərəfindən zəruri addımlar atılmalıdır. Bu problem yalnız Azərbaycanda deyil, Rusiya, Ukrayna, Belarusda da var. Buna görə də kompleks tədbirlər proqramlarının həyata keçirilməsinə ehtiyac var”.
Qeyd edək ki, ölkə rəhbərliyinin tapşırığı əsasında yaradılan Mingəçevir Sənaye Parkının məhz tekstil sənayesinin inkişafı üzrə ixtisaslaşması həyata keçirilir. Park ərazisində iki iplik istehsalı fabriki fəaliyyətə başlayıb. Rəsmi məlumatlarda burada böyük – bir neçə min nəfərin işləyəcəyi tikiş fabrikinin də yaradılacağı deyilsə də, hələlik bu barədə hər hansı məlumat açıqlanmır.
Tekstil sənayesinin digər xammal bazası olan ipəkçiliyin inkişafı sahəsində də Azərbaycanda tədbirlər görülür. 2017-ci ildə prezident tərəfindən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı” qəbul edilib. Nəticədə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə 514 ton, bu il isə 635 tona yaxın yaş barama istehsal edilib. Bu il ilk dəfə olaraq Azərbaycanda yay baramasının yetişdirilməsinə də başlanıb. Hökumət barama istehsalında kəskin artıma nail olmağı hədəfləyir. Bunun üçün barama istehsalçılarına emal müəssisəsinə təhvil hər 1 kiloqram yaşa barama üçün 5 manat subsidiya verilir. Bundan əlavə, baramanın yem bazasının yaradlması üçün dövlət tərəfindən xüsusi olaraq baramaçılıq üçün yetişdirilmiş tut tingləri gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, indiyədək 3,5 milyon tut tingi gətirilib. Barama istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi verilir. Eyni zamanda baramadan son məhsulun əldə olunması üçün infrastrukturun yaradılması üçün addımlar atılır.
Yunumuz da keyfiyyətsizdir...
Maraqlıdır ki, Azərbaycanda istehsal olunan yunun keyfiyyəti də xeyli aşağıdır. Belə ki, yerli yunun keyfiyyəti geyim məhsullarının istehsalına imkan vermir, ondan yalnız xalçaçılıqda istifadə olunur. Əvvəllər Azərbaycanda merinos qoyunları saxlanılırdı, indi bu, yoxdur. Hələ ki, qoyunçuluqda daha çox ətlik məqsədlər güdülür, yuna diqqət yetirilmir. Bu səbəbdən də geyim istehsalı üçün yunu keyfiyyətli olan qoyun cinslərinin saxlanmasına ehtiyac var. Yundan xalça istehsalının təşkili sahəsində xeyli işlər görülür, "Azərxalça” tərəfindən rayonlarda xalçaçılıq fabrikləri açılır. Hökumət 2020-ci ilədək belə fabriklərin sayını 30-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda ildə 17-18 min ton yun istehsal olunur ki, bunun da xeyli hissəsi xaricə ixrac edilir. Son illərdə ölkədə xalçaçılığın inkişafı ilə bağlı yunun xammal olaraq daxildə emala yönəldilməsi sahəsində müəyyən işlər görülür. Hökumət yun emalı müəssisələrinin də sayını artırmağa çalışır.
Bütün görülən işlərə rəğmən, hələ ki, Azərbaycan vətəndaşı daxili istehsal hesabına yalnız corab və alt paltarı, bir də yataq dəsti əldə edə bilir. Qalan bütün geyimlər, məişətdə, evdə istifadə olunan bütün tekstil məhsullarına olan tələbat xaricdən idxal hesabına təmin olunur. Hətta təmizlik bezlərinə qədər xaricdən alırıqsa, hökumətin tekstil sənayesinin inkişafına nail olmaq üçün stimullaşdırıcı addımlarının nə qədər zəruri olduğunu əlavə əsaslandırmağa heç ehtiyac yoxdur...
Ta qədimdən 20-ci əsrin 70-80-ci illərinə qədər tekstil sənayesi təbii xammal əsasında inkişaf edib – ipək, pambıq və yun əsas xammal olub. Lakin qeyd olunan dövrdən etibarən kimyəvi xammal onları sıxışdırmağa başlayıb. Beynəlxalq statistikaya əsasən hazırda dünya tekstil sənayesi hər il 45 milyon ton civarında əsas xammaldan istifadə edir ki, bunun da təxminən 50 faizi sintetik və süni liflərin, 45 faiz pambığın, 4-5 faiz ipək, yun və digərlərinin payına düşür. Dünyada illik parça istehsalı 100 milyard kvadratmetrdən çox təşkil edir ki, bunun da 50 faizə yaxını Asiya ölkələrində reallaşır. Bu gün inkişaf etmiş ölkələr bahalı brend məhsulların istehsalı, Asiyanın inkişaf etməkdə olan ölkələri isə kütləvi tələbat məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
Azərbaycanda tekstil sənayesinin tarixi 20-ci əsrin əvvəllərinə gedib çıxır. XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. 1913 – cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 min ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79 faiz, 10 faiz və və 2 faizinə bərabər olub.
Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib, çoxsaylı toxuculuq, tikiş və digər müəssisələr yaradılıb. Lakin müstəqillik dövründə bu müəssisələrin böyük əksəriyyəti özəlləşdirilib, fəaliyyətini dayandırıb. Hazırda Bakı Tikiş Evi və "Şəki-ipək” fəaliyyət göstərməkdədir.
Keyfiyyətli pambıq istehsal edə bilmirik
2014-2015-ci illərdə dünya neft bazarında qiymətlərin kəskin enməsi Azərbaycanda ənənəvi sahələrin dirçəldilməsi istiqamətində bir sıra addımların atılmasına gətirib çıxardı. Bu addımlar sırasında tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması, eyni zamanda baramaçılıq və xalçaçılığın inkişafı daxildir. 2018-ci ildə ölkədə pambıq istehsalı 230 min tona yaxın olub. Bu il istehsalın daha yüksək olacağı gözlənilir. Lakin məsələ burasındadır ki, Azərbaycanda yüksək keyfiyyətli toxumdan istifadə olunsa da, əldə olunan məhsul – pambıq üst geyimləri, ən əsası isə yüksək keyfiyyətli geyimlər istehsalı üçün yararlı deyil. Mütəxəssislərin dediyinə görə, iki-üç il əvvəl istehsal olunan pambığın keyfiyyəti pambığın orta lif uzunluğu, qalınlığı, təmizliyi və sair göstəricilər baxımından əlverişli deyildi. İndi bu sahədə yaxşı nəticələr əldə olunur. Amma əgər söhbət yüksək keyfiyyətli, brend geyim istehsalından gedirsə, hələlik Azərbaycan pambığı onun üçün uyğun deyil.
Buna görə də indi diqqət Azərbaycanda əvvəllər olmuş toxuculuq sənayesinin - yataq dəstləri, bez məhsulları və sair istehsalını bərpa etməyə yönəldilib. Bunun üçün openend ipliyi lazımdır, belə iplik üçün əldə olunan mahlıcın keyfiyyəti tam uyğundur.
Yeri gəlmişkən, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılıqda məhsuldarlıq və keyfiyyətin artırılması üçün bir neçə ölkənin təcrübəsi əsasında layihələrin icrasına başlanıb. Bu layihələrdən biri Ucar rayonunda 10 hektar sahədə Çin texnologiyası əsasında pambıq yetişdirilməsidir. Bu layihənin əsas məqsədi suvarma imkanlarının məhdudluğu şəraitində istehsalı intensiv üsulla artırmağa nail olmaqdır. Çin texnologiyasından istifadə nəticəsində sahədən 50-60 sentnerlik məhsuldarlığa nail olunması planlaşdırılır. Bundan əlavə, nazirlik Beyləqan və Tərtərdə türk və yunan mütəxəssislərinin iştirakı ilə model təsərrüfatlar yaradır. Bu layihələr də məhsuldarlıq və keyfiyyət göstəricilərinin ciddi artırılması məqsədi daşıyır.
İnfrastruktur da yoxdur...
Hətta yüksək keyfiyyətli xammal istehsalına nail olunsa belə, bu gün ölkədə pambıqdan son məhsulun əldə olunması üçün lazım olan infrastruktur qurulmayıb. Belə ki, Azərbaycanda 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü 465 min tondur. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Ötən il Mingəçevir sənaye parkında 2 iplik istehsalı zavodu fəaliyyətə başlayıb. Rəsmi statistikaya nəzər salsaq görərik ki, hələ də pambığın mahlıc formasında ixracı üstünlük təşkil edir. Belə ki, gömrük statistikasına əsasən bu ilin 6 ayında Azərbaycandan xaricə 75 milyon 675.34 dollar dəyərində 53 min ton pambıq mahlıcı, 14,6 milyon dollar dəyərində 6 min ton pambıq ipliyi ixrac olunub. Ötən ilin 6 ayında bu göstəricilər müvafiq olaraq 80,4 milyon dollar dəyərində 54,3 min ton mahlıc, 23,7 milyon dollar dəyərində 9,5 min ton iplik olub. Göründüyü kimi, bu sahədə də əlavə güclərin yaradılmasına ehtiyac var. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur.
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi tərəfindən tekstil sənayesinin inkişafına dövlət dəstəyinə dair təkliflərin hazırlanacağı bildirilsə də, hələ ki, bu barədə hər hansı rəsmi açıqlama verilmir. Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası dövlətdən ciddi dəstək gözləyir. Assosiasiyanın rəhbəri Mehriban Axundovanın mətbuata dediyinə görə, tekstil sənayesi aşağı rentabelli olduğuna görə bütün ölkələrdə dövlət bu sahəyə dəstək verir: "Biz bu sahədə Türkiyə təcrübəsini əsas götürürük. Orada dövlət tərəfindən tekstil sənayesinə ciddi güzəştlər edilir. Eyni zamanda Özbəkistanda da bu yolla getməyə başlayıblar. Bizdə də belə güzəştlərin tətbiq olunması zəruridir. Düşünürəm ki, növbəti mərhələ toxuculuq sənayesinin inkişaf etdirilməsi olmalıdır. Burada məqsəd əldə olunan ipliyin parça, daha sonra geyim halında ixracına nail olmaqdır. Tekstil sənayesi aşağı rentabelli sənaye hesab olunur. Buna görə də bu sahəyə dövlət dəstəyi mütləqdir”.
İdxal edilən ucuz məhsullar yerli istehsalın inkişafını ləngidir
Hazırda ölkədə Şəki tekstil, Şəki-İpəkdə, Gilan Tekstil parkında toxuculuq fabrikləri var. M.Axundova deyir ki, onların istehsal gücü daxili tələbatı tam qarşılamaq, həmçinin xaricə də məhsul ixrac etmək imkanındadır: "Sadəcə, hazırda Azərbaycana Çindən, Pakistandan aşağı keyfiyyətli, ucuz məhsullar idxal olunur deyə daxili istehsalı genişləndirmək mümkün olmur. İdxal edilən məhsulların çoxusu heç bir keyfiyyət standartına cavab vermir, bir çox hallarda isə insan orqanizmi üçün zərərlidir. Onlar poliester tullantılarından əldə olunan iplikdən hazırlanır, boyanmada orqanizm üçün təhlükəli olan boya maddələrindən istifadə edilir. Amma Azərbaycandakı fabriklər Avropa standartlarına uyğun, ekoloji təmiz boyalardan istifadə edirlər. Toxuculuq fabriklərinin inkişafı üçün keyfiyyətsiz məhsulların idxalının qarşısını almaq üçün dövlət tərəfindən zəruri addımlar atılmalıdır. Bu problem yalnız Azərbaycanda deyil, Rusiya, Ukrayna, Belarusda da var. Buna görə də kompleks tədbirlər proqramlarının həyata keçirilməsinə ehtiyac var”.
Böyük fabrikin yaradılması niyə gecikir?
Qeyd edək ki, ölkə rəhbərliyinin tapşırığı əsasında yaradılan Mingəçevir Sənaye Parkının məhz tekstil sənayesinin inkişafı üzrə ixtisaslaşması həyata keçirilir. Park ərazisində iki iplik istehsalı fabriki fəaliyyətə başlayıb. Rəsmi məlumatlarda burada böyük – bir neçə min nəfərin işləyəcəyi tikiş fabrikinin də yaradılacağı deyilsə də, hələlik bu barədə hər hansı məlumat açıqlanmır.
Tekstil sənayesinin digər xammal bazası olan ipəkçiliyin inkişafı sahəsində də Azərbaycanda tədbirlər görülür. 2017-ci ildə prezident tərəfindən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı” qəbul edilib. Nəticədə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə 514 ton, bu il isə 635 tona yaxın yaş barama istehsal edilib. Bu il ilk dəfə olaraq Azərbaycanda yay baramasının yetişdirilməsinə də başlanıb. Hökumət barama istehsalında kəskin artıma nail olmağı hədəfləyir. Bunun üçün barama istehsalçılarına emal müəssisəsinə təhvil hər 1 kiloqram yaşa barama üçün 5 manat subsidiya verilir. Bundan əlavə, baramanın yem bazasının yaradlması üçün dövlət tərəfindən xüsusi olaraq baramaçılıq üçün yetişdirilmiş tut tingləri gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, indiyədək 3,5 milyon tut tingi gətirilib. Barama istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi verilir. Eyni zamanda baramadan son məhsulun əldə olunması üçün infrastrukturun yaradılması üçün addımlar atılır.
Yunumuz da keyfiyyətsizdir...
Maraqlıdır ki, Azərbaycanda istehsal olunan yunun keyfiyyəti də xeyli aşağıdır. Belə ki, yerli yunun keyfiyyəti geyim məhsullarının istehsalına imkan vermir, ondan yalnız xalçaçılıqda istifadə olunur. Əvvəllər Azərbaycanda merinos qoyunları saxlanılırdı, indi bu, yoxdur. Hələ ki, qoyunçuluqda daha çox ətlik məqsədlər güdülür, yuna diqqət yetirilmir. Bu səbəbdən də geyim istehsalı üçün yunu keyfiyyətli olan qoyun cinslərinin saxlanmasına ehtiyac var. Yundan xalça istehsalının təşkili sahəsində xeyli işlər görülür, "Azərxalça” tərəfindən rayonlarda xalçaçılıq fabrikləri açılır. Hökumət 2020-ci ilədək belə fabriklərin sayını 30-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda ildə 17-18 min ton yun istehsal olunur ki, bunun da xeyli hissəsi xaricə ixrac edilir. Son illərdə ölkədə xalçaçılığın inkişafı ilə bağlı yunun xammal olaraq daxildə emala yönəldilməsi sahəsində müəyyən işlər görülür. Hökumət yun emalı müəssisələrinin də sayını artırmağa çalışır.
Bütün görülən işlərə rəğmən, hələ ki, Azərbaycan vətəndaşı daxili istehsal hesabına yalnız corab və alt paltarı, bir də yataq dəsti əldə edə bilir. Qalan bütün geyimlər, məişətdə, evdə istifadə olunan bütün tekstil məhsullarına olan tələbat xaricdən idxal hesabına təmin olunur. Hətta təmizlik bezlərinə qədər xaricdən alırıqsa, hökumətin tekstil sənayesinin inkişafına nail olmaq üçün stimullaşdırıcı addımlarının nə qədər zəruri olduğunu əlavə əsaslandırmağa heç ehtiyac yoxdur...
Mənbə: Qaynarinfo
Qlobal.az