SON XƏBƏR

Tel-Əviv sübutlarını təqdim etdi: İsrail ordusu xəstəxanaya hücumda iştirak etməyib

Oktyabr 18
15:41 2023
İsrail Müdafiə Qüvvələri oktyabrın 17-də Qəzza zolağında xəstəxanaya edilən hücumu araşdırdıqlarını bildirib. Əldə edilən dəlillər Fələstin "İslami cihad” qruplaşmasının hücumda iştirakını göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ordu sözçüsü Daniel Haqari bildirib. 

İsrail Ordusu həmçinin zərbələrin nəticələrini əks etdirən videonu və iki yaraqlı arasında dinlənilən telefon danışığının yazısını dərc edib.

"Bizdə olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, "İslami cihad” Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır”, - deyə Haqari İsrail Ordusu tərəfindən yayımlanan videoda bildirib. Onun sözlərinə görə, ordunun əməliyyat sistemlərinin təhlili göstərir ki, yaraqlılar Qəzza zolağında Əl-Əhli xəstəxanasının bilavasitə yaxınlığında raket zərbələri endiriblər.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti pilotsuz uçuş aparatından çəkilmiş zərbənin nəticələrini də dərc edib. İsrail hərbçilərinin sözlərinə görə, bu kadrlarda İsrail Ordusunun döyüş sursatı partlayışlarına xas krater yoxdur.

İsrail hərbçilərinin iki yaraqlı arasında olduğunu bildirdiyi dinlənilən söhbətdə də zərbəyə görə "İslami cihad” günahlandırılıb.

Xatırladaq ki, Əl-Əhli xəstəxanası dünən vurulub, ölənlərin sayı artıq 800 nəfəri keçib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, baş verənlərə görə məsuliyyət "Qəzza zolağından olan barbar terrorçuların” üzərinə düşür. Fələstin prezidenti Mahmud Abbas zərbəni "İsrailin hərbi cinayəti” adlandırıb və üç günlük matəm elan edib. 

Bir çox müsalmən dövlətlərinin rəsmiləri bu hadisədə İsraili günahlandırıblar.

Qərb liderləri hadisəni qınasalar da, günahın kimin tərəfində olmasını bildirməyiblər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook