SON XƏBƏR

Tel-Əvivdə fəallar İsrailin iqtisadiyyat nazirinə hücum ediblər

Aprel 28
09:33 2023
İsrailin iqtisadiyyat naziri Nir Barkat və onu müşayiət edən şəxslər Tel-Əvivin mərkəzində restorandan maşınlarına gedərkən bir qrup hökumət əleyhinə fəalın hücumuna uğrayıb.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat xidməti məlumat yayıb.

"Nazirin mühafizəçiləri və polis əməkdaşları onu bədənləri ilə qoruyublar, bundan sonra nümayişçilər də polis əməkdaşlarına hücum ediblər”, - nazirin adından yayılan açıqlamada qeyd olunub.

İsrailin "Arutz Sheva” portalı Barkatı müdafiə edən polislərdən birinin yaralandığını və xəstəxanaya yerləşdirildiyini yazır. "Haaretz” nəşri iki hücumçunun saxlanıldığını qeyd edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook