SON XƏBƏR

Tələbəsi Bakı Dövlət Universitetini ifşa etdi: 4500 manat hara gedir? (FOTO)

Sentyabr 22
21:07 2022
Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə ali təhsil müəssisəsini sərt tənqid edib.

AzToday.az xəbər verir ki, tələbə sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib.

Həmin statusu təqdim edirik:

"Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq "təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.
 

 

 

 
 


 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook