SON XƏBƏR

Telefonu dinlənilən iş adamı 5.2 milyonluq tenderdə qalib oldu

Dekabr 15
00:23 2023
Təhsil nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 5.2 milyon manatlıq tenderə yekun vurub.
 
Qlobal.az xəbər verir ki, tenderdə "İnşaat Servis-X" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301230201) qalib elan edilib. 
 
Satınalma müqaviləsinə görə "İnşaat Servis-X" MMC Zərdab rayonunun Dəliquşçu kəndində 264 yerlik tam orta məktəb inşa edəcək. 
 
"İnşaat Servis-X" MMC 2006-cı ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. 
 
İyirmi manat nizamnamə kapitalı olan qanuni təmsilçisi Əsədov Elxan Böyükbala oğludur. 
 
Qeyd edək ki, Əsədov Elxan Böyükbala oğlunun adı "MTN işi"ndə keçir.  
 
E.Əsədov MTN-nin 2012-2015-ci illər ərzində qanunsuz olaraq dinlədiyi sahibkarlardan olub.
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook