“Ötən il qeyri-neft ÜDM-də artım 7 illik rekordu yeniləyib” - Mikayıl Cabbarov
Fevral 25
10:49
2022
"Azərbaycanda ötən il ümumi daxili məhsulun (ÜDM) artımı 5,6%, o cümlədən qeyri-neft ÜDM-də artım 7,2% təşkil edib ki, bu da 2014-cü ildə qeydə alınmış 7%-lik artımın yenilənməsidir".
"Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib.