Tender korrupsiyasına “dur” deyiləcəkmi?
Aprel 01
13:13
2019
Yeni qaydalar dövlət satınalmalarında kütləvi korrupsiyanın qarşısını ala biləcək?
Maraqlıdır ki, yeni qaydalar cəmiyyətdə şəffalığın və ictimai nəzarətin artmasına yol aça bilərmi? Həmçinin tenderlərin şəffaf və ədalətli keçirilməsi üçün qanunvericilikdə bir problem varmı, yoxsa baş verən tender özbaşınalıqları məmurların qanunları tapdalaması yoluyla baş verir?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.
"Tender maxinasiyalarının Azərbaycanda ən sıx rast gəlinən korrupsiya hallarından biri olduğu hər kəsə məlumdur. Tender saxtakarlıqları ilə bağlı yüzlərlə fakt mövcuddur. Yüksək çinli məmurlarımızın saxtakarlıq üzrə yaradıcılıq qabiliyyətləri ən üst səviyyədədir desək, yanılmarıq. Ölkəmizdə tenderlərin demək olar ki, çoxu formal xarakter daşıyır. Hər hansı tender müsabiqəsi və ya müqaviləsi olmadan həyata keçirilən saxta tenderlərdən hər kəs xəbərdardır. Tender layihələri barədə məlumat çox vaxt ictimaiyyətə heç açıqlanmır. Nə KİV, nədə ki, internet saytları vasitəsilə elan edilir. Tərəflərin bir-birini necə tapması da beləcə sirr olaraq qalır.
Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmir, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verilir. Xərclər əsaslandırılmadan artırılır, şirkətin maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda tender qalibi elan edilir, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilmir. Tenderlərdə "şapka” məsələsi isə populyar deyimə çevrilib. Tenderi təşkil edənlər tərəfindən tender qaliblərindən külli miqdarda pul aldığı sirr deyil. Tenderə çıxarılan xidmət və iş üçün ayrılan vəsaitin bir hissəsi tenderi keçirənlər tərəfindən əvvəlcədən qalib şirkətdən alınır. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi rüşvəti kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün işini keyfiyyətsiz görəcək.
Ekspert: "Tenderlərdə "şapka” məsələsi isə populyar deyimə çevrilib. Tenderi təşkil edənlər tərəfindən tender qaliblərindən külli miqdarda pul aldığı sirr deyil”.
"Hər kəsə məlumdur ki, ölkəmizdə qəbul edilən qanunların çoxu vəzifəli şəxslər üçün işləmir. Bu qanunun da tələblərinə nə dərəcədə əməl edilib-edilməyəcəyini zaman göstərəcək"
Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Davranış Kodeksinə tətbiq edilən yeni qaydaları şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Davranış Kodeksi”nə görə Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Davranış Kodeksinin tələblərinin pozulması və maraqların toqquşmasına yol verilməsi barədə mətbuatda məlumat dərc edildikdə, intizam icraatına başlanıla bilər. Eyni zamanda Davranış Kodeksinin müddəalarının dövlət satın-almalarına cəlb olunan vəzifəli şəxs tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumat daxil olduqda, intizam icraatına başlanıla bilər. Bilirik ki, tenderlər korrupsiyanın əsas yuvalarından biri hesab olunur.
"Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” barədə qəbul edilən sənədlə BURADAN tanış ola bilərsiniz.
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.
Vüsalə Əhmədova: "Tenderə çıxarılan xidmət və iş üçün ayrılan vəsaitin bir hissəsi tenderi keçirənlər tərəfindən əvvəlcədən qalib şirkətdən alınır".
Ölkədə keçirilən tenderlərdə korrupsiyanın yüksək səviyyədə olduğunu qeyd edən iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikrincə, qəbul edilən yeni qaydaların məlum gedişata müsbət təsir edəcəyi sual altındadır:
Daha sonra məlum olur ki, şəxsi maraqlara xidmət edən bir şirkət tenderin qalibi olub. Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərin siyahısı nəzərdən keçirildikdə eyni şəxs və şirkətlərin təkrarlandığının şahidi olursan. Bəzən rəsmi qeydiyyatı olmayan hər hansı bir naməlum firma elan edilən tenderlərin əksəriyyətinin müəmmalı şəkildə qalibinə çevrilir. Şirkətin nizamnamə fondu 10 manat, işçilərinin sayı isə bir nəfərdən ibarətdir, ancaq tenderin qalibi elan edilib.
Sual olunur, işçisi olmayan şirkət layihəni necə icra edəcək? Məsələn, bu yaxınlarda günəmuzd fəhlə kimi kafedə və tikintidə çalışan bir neçə gəncin adına rəsmiləşdirilmiş saxta şirkətlərin tender qalibi olduğu müəyyən edilmişdi.
Vüsalə Əhmədova: "Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə qəbul edə bilməz".
"Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 13-1. maddəsində davranış kodeksi yer alır. Davranış kodeksində dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi məsələləri, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları öz əksini tapıb.
Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs peşə vəzifəsini yerinə yetirərkən hər şeydən əvvəl qərəzsiz olmalı, satınalma prosedurlarının iştirakçıları arasında fərq qoymamalı, vəzifə funksiyalarının icrası zamanı ona təsir edilməsinə yol verməməli və buna şərait yaratmamalıdır.
Davranış Kodeksində təsbit olunmuş tələb və qaydalara dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən əməl edilməməsi, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin tələb və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndiriləcək və intizam məsuliyyəti yaradacaq. İntizam icraatı zamanı dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hüquq-mühafizə orqanına məlumat verməlidir. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı dəyərdə olan hədiyyə də qəbul edə bilməz. Hər kəsə məlumdur ki, ölkəmizdə qəbul edilən qanunların çoxu vəzifəli şəxslər üçün işləmir. Bu qanunun da tələblərinə nə dərəcədə əməl edilib-edilməyəcəyini zaman göstərəcək".
(Mənbə: pia.az, Gülşən ŞƏRİF)
Qlobal.az