Tender mafiyası iş başında: Bu şirkət eyni gündə və eyni dövlət qurumundan 4 tender uddu
Noyabr 10
14:13
2021
1 N-li Bakı Tibb Kollecinin noyabrın 5-də keçirdiyi 4 tenderin qalibi bir şirkət olub.
Son 2 ildə dövlət satınalmalarında ən çox qalib olan şirkətlərdən biri kimi tanınan "VEST-LTD” QSC 1 N-li Bakı Tibb Kollecindən 4 müsabiqənin yekununda 70 min manata yaxın vəsait əldə edəcək.
Beləki tibb kollecinin əsaslı təmir işlərinin satın alınması üçün 22484.78 AZN, cari təmir işlərinin satın alınması üçün 24052.53 AZN, kommunal kommunikasiya işlərin satınalması üçün 11362.75 AZN, abadlıq işlərinin satınalması üçün isə 9671.28 AZN adıçəkilən şirkətə ödəniləcək.
AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, 11.06.2020 tarixindən indiyənə kimi "VEST-LTD” QSC ilə 49 satınalma müqaviləsi bağlanılıb. Əsasən icra hakimiyyətləri, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyinin tenderlərində mütəmadi olaraq qalib gələn şirkət universitetlərin və başqa təhsil müəssisələrinin də satınalmalarını qazanmasına görə liderlərdən biridir. 28.12.2019 tarixində yaradılan və nizamnamə kapitalı 2050 manat olan şirkət bu müddət ərzində 1 N-li Bakı Tibb Kolleci ilə 5 satınalma müqaviləsi də bağlayıb.
Həmin müqavilələri təqdim edirik:
09.08.2021 – Cari təmir işlərinin satın alınması – 51847.84 AZN
09.08.2021 – Əsaslı təmir işləri – 57040.26 AZN
23.09.2020 – Abadlaşma – 9766.92 AZN
28.12.2020 – Cari təmir – 44608.98 AZN
28.12.2020 – Əsaslı təmir – 48729.87 AZN
Göründüyü kimi, tibb kolleci ildə iki dəfə olmaqla cari və əsaslı "təmir” olunur.
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır.
Saysız tenderlərin qalibi olan, yüksək məbləğdə dövlət vəsaitinə iddialı bir şirkətin nəinki fəaliyyəti ilə bağlı saytının olmaması, internet üzərindən hansısa əlaqə vasitəsinin belə olmaması özü də suallar doğuran faktordur… Az qala ədədi silsilə ilə dövlət satınalmalarının qalibi olan bir şirkətin cəmiyyətə açıq olması, fəaliyyətinin şəffaf olması vacibdir. Bunun əksi isə korrupsiyanın olduğuna əsaslar verir…

Mediada yayılan məlumatlara görə, "Vest LTD” QSC Bakı Şəhər İcra Hakimiyyərində tender mafiyasını kurasiya edən Hacı Ramazan adlı məşhur bir iş adamının çətiri altındakı 10-larla şirkətlərdən yalnız biridir...
Qlobal.az