Tənəzzüldən intibaha…
İyul 15
10:38
2023
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
54 il əvvəl bu gün - 14 iyul 1969-cu il. Bu, Azərbaycan xalqı və dövləti üçün adi - sıradan bir təqvim gününü ifadə edən tarix deyil. Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, respublikamızın SSRİ dövründə inkişafının, intibahının və yüksəlişinin başlanğıc nöqtəsidir. Söhbət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin respublikanın rəhbəri olmasından (Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən) gedir.
Məlumdur ki, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahələr üzrə geridə qalmış respublikalar sırasında idi. Ölkənin inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi durğunluğa, tənəzzülə səbəb olmuşdu.
Heydər Əliyev tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək - məqsədyönlü siyasət həyata keçirərək tənəzzülü aradan qaldıra, Azərbaycanı inkişaf yoluna çıxara bildi. Müxtəlif istiqamətlərdə ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlandı.
- İlk növbədə, milli siyasət həyata keçirməklə sovet liderlərinə məxsus stereotipləri dağıtdı. Zəkası, vətənpərvərliyi və təşəbbüskarlığı ilə respublikamıza düşmən münasibəti bəsləyən qüvvələrin cəhdlərinin qarşısını aldı, tərəqqinin sosial-iqtisadi bazasını yaratmaqla yanaşı, siyasi-ideoloji əhəmiyyətə malik olan mühüm işlər gördü;
- Sənayeləşmə iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi və digər işlər sayəsində bu sahədə mühüm irəliləyiş qeydə alındı. Azərbaycanın qısa müddətdə İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşması təsadüfi deyildi. Bu, eyni zamanda, aqrar sektorda da canlanmaya və inkişaf meyillərinə zəmin yaratdı. Kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi davamlı olaraq artırıldı;
- Neft sənayesinin inkişafı da Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində mümkün oldu. O, neft hasilatının artırılmasını təmin etməklə, ehtiyatlardan səmərəli istifadəni təmin etməklə bu sahədə sabit və davamlı inkişafa nail oldu;
- 1969-1982-ci illərdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı, 200-dən çox iri sənaye müəssisəsi işə salındı. Ölkədə istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu;
- Həmin illərdə Azərbaycan nəhəng tikinti-quruculuq meydanını xatırladırdı. Görülən işlər nəticəsində Bakının və respublika rayonlarının siması yenilənmişdi. Yaşayış binalarının, mehmanxanaların, məktəblərin, mədəniyyət saraylarının tikilməsi, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklərin, zavodların, nəhəng sənaye obyektlərinin, iri istehsal komplekslərinin, su anbarlarının, müasir yol infrastrukturunun yaradılması sosial-iqtisadi inkişafa yeni təkan və töhfə verdi;
- Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artırılması, beləliklə, insanların sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəlməsi baxımından böyük önəm daşıyırdı;
- İqtisadi bazanın gücləndirilməsi digər sahələrdə də inkişaf üçün etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Təhsil sektorunda yeni inkişaf strategiyası müəyyənləşdirildi. Məqsəd respublikanın elmi potensialının artırılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsi, güclü kadr ehtiyatının formalaşdırılması idi. Təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr kimi müxtəlif sahələrdə çalışırdılar. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı;
- Milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bununla yanaşı, Heydər Əliyev gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə müvəffəq oldu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər;
- Mədəniyyət sahəsində məqsədyönlü işlər görüldü. Mədəniyyət evləri, kitabxanalar, klublar inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar milli-mənəvi dəyərlərin, xalqımızın mədəni irsinin qorunmasına mühüm töhfə oldu;
- 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edilməsi müstəsna əhəmiyyətə malik idi. Bu, dilçilik və ya hüquq məsələsi, yaxud texniki məqam deyildi. Milli-ideoloji məsələ kimi strateji önəm daşıyırdı. Ardınca "Müasir Azərbaycan dili” və "Azərbaycan dili” dərsliklərinin hazırlanması milli həmrəyliyin gücləndirilməsinə xidmət göstərmiş oldu. Sovet dövründəki siyasi-ideoloji məhdudiyyətlərə baxmayaraq, xalqımızın milli-mənəvi dəyərləri qorundu və zənginləşdirildi, azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutması məqsədilə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırıldı.
1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bir çox mühüm sahəyə nəzarət və rəhbərlik edirdi. Bir çox fakt var. Amma mühüm məqamlardan biri Heydər Əliyevin Baykal Amur Magistralının (BAM) tikintisinə, magistral xətt boyunca yüzlərcə stansiyanın, şəhərlərin inşasına rəhbərlik etməsi idi. Onun BAM-ın tikintisində oynadığı tarixi rol barədə bir faktı diqqətə çatdıraq. Rossiya-24 televiziya kanalında yayılan videomaterialda xüsusi olaraq vurğulanıb ki, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkə şirkətlərinin inşa edə bilmədiyi Baykal Amur Magistralındakı Severomuyski tuneli uğurla tikilib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisinə başlanılan magistralın 210 kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və onun ətrafında Ulkan qəsəbəsi salınıb. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilib. Qeyd edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. Azərbaycanlıların da iştirakı ilə tikilən və 209 km uzunluqda olan dəmiryolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılıb. Beləliklə, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ-nin rəhbərlərindən biri kimi bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi.
1969-1982-ci illəri əhatə edən tarixi dövrdən danışan Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev kimi güclü liderin Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra köklü dəyişikliklər baş vermişdir. "Onun Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir”, - deyən dövlət başçısı vurğulayıb ki, əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür.
Bəli, Heydər Əliyev müxtəlif tarixi dövrlərdə tarixi və mənəvi-siyasi məsuliyyəti üzərinə götürərək, vacib təşəbbüslərlə çıxış edərək xalq və dövlət qarşısında milli vəzifəsini yerinə yetirməklə nümunə formalaşdırıb - örnək yaradıb. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən gördüyü işlər muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, dövlətçilik ənənələrinin bərpası və qorunması baxımından müstəsna əhəmiyyətə malik oldu. Dövlətçilik tariximizin daha bir dönüş nöqtəsi - həlledici məqamı Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını öz üzərinə götürməsi oldu. O, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Qurtuluşu idi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşdü. Ən əsası, Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişaf üçün etibarlı zəmin yaratmış oldu. Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı İlham Əliyevə özü qədər inandığını qeyd etmişdi. Xalqımız Heydər Əliyev siyasətinə növbəti dəfə dəstək verdi, cənab İlham Əliyevə etimad göstərdi. İnam və etimad isə özünü doğrultdu. Andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah, tərəqqi və qələbə ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədlərini gerçəkləşdirdi. Onun liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bir çox strateji məqsədinə nail oldu. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırdı, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazdı - tarixin yaddaşına əbədi həkk olundu. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın gücünün artmasını təmin edən önəmli amildir.
Nəticə etibarilə, 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Həmin vaxt yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır. Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Mənbə: YAP.az
Qlobal.az