Təngə kəskin ucuzlaşdı
Noyabr 28
11:18
2024
Qazaxıstan Fond Birjasında keçirilən son hərraclarda ölkənin milli valyutası olan Qazaxıstan təngəsi 1 dollar üçün 510,25-ə kimi ucuzlaşaraq tarixi minimumunu göstərib.
"AzPolitika” "Reuters”-ə istinadla xəbər verir ki, Qazaxıstan Milli Bankı təngənin ucuzlaşmasının səbəblərini şərh etməyib.
Agentlik xatırladır ki, çərşənbə günü hərraclarında təngənin ABŞ dollarına nisbətdə orta məzənnəsi 1 dollar üçün 499,51 təşkil edirdi.