Tərcümə Mərkəzi Qüdsü Yerusəlim kimi təqdim etdi (SİYAHI)
Yanvar 08
12:07
2018
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra coğrafi adlar yeni, bəzi hallarda isə köhnə (hazırda istifadə edilməyən) variantda təqdim olunub.
Qlobal.Az "Report”a istinadən xəbər verir ki, sözlükdə yer alan şəhər adları sırasında Moldovanın paytaxtının adı Kişineu deyil, Kişinyov kimi göstərilib.
Bundan başqa, adlarını dəyişdirmiş dövlətlərdən Qırğız Respublikası - Qırğızıstan (Azərbaycanın rəsmi sənədlərində Qırğız Respublikası kimi təqdim olunur), Monqol Eli - Monqolustan kimi təqdim olunub.
Bəzi hallarda Həbəşistan kimi təqdim olunan ölkə - Efiopiya, Monteneqro - Çernoqoriya kimi göstərilib.
Bundan başqa, sözlükdə Qüds şəhərinin adı yer almayıb, həmin şəhər Yerusəlim kimi göstərilib.
Siyahıda Koreyanın adı yer alsa da, Koreya Xalq Demokratik Respublikasının (qeyri-rəsmi şəkildə Şimali Koreya adlandırılan KXDR) adı yoxdur.