SON XƏBƏR

"Tesla" Çinin avtomobil nəhənginin səhmlərinə sahib çıxdı

Oktyabr 10
10:49 2018
İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin ən böyük səhmdarlarından biri olan Beyli Qifford Çinin elektrik avtomobili istehsalı ilə məşğul olan "Nio" şirkətinin səhmləri ilə maraqlanır.

Qaynarinfo Tech Crunch-a istinadən xəbər verir ki, Qifford artıq "Nio"da 11,44% səhmə sahibdir. Alışdan sonra "Nio"nun bazar dəyəri 22% artıb, səhmlərin qiyməti 6,19 dollardan 7,39 dollara qalxıb. 
 
Qeyd edək ki, 2014-cü ildə yaradılmış şirkət 1,8 milyard dollar bazar dəyərinə sahibdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook