Texas qubernatoru ABŞ hakimiyyəti ilə münaqişəyə hazır olduğunu bildirib
Yanvar 27
01:54
2024
Texas qubernatoru Qreq Abbott Meksika ilə sərhəddə maneələrin sökülməsi ilə bağlı ABŞ federal hakimiyyət orqanları ilə potensial münaqişəyə hazırdır.
Hadisələrin fonunda Co Bayden administrasiyası Ali Məhkəməyə şikayət edib, o da öz növbəsində bu həftənin əvvəlində hasarın sökülməsi barədə qərar qəbul edib. Lakin ştatın təhlükəsizlik qüvvələri federal patrullara girişi əngəlləyib.
"Report”un məlumatına görə, bu barədə o, jurnalist Taker Karlsona müsahibəsində bildirib.
"Bu gözlənilməz hadisə baş verərsə, biz son bir ayda gördüyümüz işi görməyə, yəni bu maneələri qurmağa hazırıq. Mən inanıram ki, gələn il yanvarın 20-nə kimi ABŞ-ın növbəti prezidenti and içərək, sərhədləri təmin edəcək, bu vəziyyət öz həllini tapacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Texas Milli Qvardiyası qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bir müddət əvvəl Meksika ilə sərhədə tikanlı məftilli hasar çəkmişdi.