SON XƏBƏR

"Təxirəsalma IOC-a bir neçə milyon dollara başa gələcək" - Tomas Bax

Aprel 13
09:23 2020
Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması Beynəlxalq Olimpiya Komitəsinə (IOC) bir neçə milyon ABŞ dollarına başa gələcək.

"Report"un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Almaniyalı funksioner deyib ki, bildirib ki, dəqiq məbləği hesablamaq lazım gələcək.

Bax əlavə xərclərin lazım gələcəyini vurğulayıb: "Təxirəsalma IOC üçün əlavə bir neçə milyon ABŞ dolları xərc deməkdir. Belə gərgin situasiyalarda məsul şəxs kimi instinktə əsaslanaraq, qərar qəbul edə bilməzsən. Bütün konspiroloji nəzəriyyələri təkzib etmək üçün deyə bilərəm ki, IOC olimpiadanın təxirə salınması yox, ləğvi təqdirində sığortalanmışdı".

Qılıncoynatma üzrə olimpiya və dünya çempionunun sözlərinə görə, təxirəsalma barədə qərar qısa müddətdə yekdilliklə qəbul olunub: "Təxirəsalma üçün daha bir il çalışacaq Təşkilat Komitəsinin razılığı, habelə Yaponiya hökumətinin hazırlığı davam etdirmək istəyi lazım idi. Nəzərə alsaq ki, Oyunların təxirə salınmasını 206 Milli Olimpiya Komitəsinin, yay idman növləri üzrə federasiyaların, IOC üzvlərinin və idmançıların təmsilçilərinin hamısı dəstəklədi, vəziyyət kifayət qədər aydınlaşır.

Bizə cəmi 3 gün lazım oldu ki, bununla bağlı razılığa gələk. Daha 6 gün isə yeni tarixi elan etməyimizə kifayət etdi. Bunun özü hər şeyi deyir".

Təxirəsalmadan ən böyük zərər indiyədək hazırlığa 12 milyard ABŞ dolları xərcləyən Yaponiyaya dəyəcək. Reklamçılar isə bundan 1 milyard ABŞ dolları itirəcəklər. Milli Olimpiya komitələri və iştirakçı ölkələrin itkilərini isə hesablamaq lazım gələcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları gələn il 23 iyul - 8 avqustda keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook