Təxribat, yoxsa Dövlət Gömrük Komitəsinin düşünülməmiş qərarı? - Ekspertdən hökumətə çağırış
Avqust 27
09:26
2020
Azərbaycan Nazirlər Kabinetinin 22 avqust 2020-ci il tarixli, fərdi istifadə üçün olan malların ölkə sərhədindən keçməsi ilə bağlı gömrük rüsumlarının toplanmasını tənzimləyən qaydalara dəyişiklik edilməsi barədə qərarını təhlil edərkən ağla gələn ilk şey bunun düşünülməmiş qərar olmasıdır.
"Düşünülməmiş qərar” mənim tərifimdən müəyyənləşdirilən əsas ifadədir. Buna görə də bu materialı yazmağa hazırlaşarkən, ilk işim digər ölkələrdə hökumət nümayəndələrinin bu barədə analoqu olan fəaliyyətini tapmaq ümidi ilə internet axtarış sistemlərinə sorğu vermək oldu. Ola bilməz ki, yalnız bizdə insanlara açıq şəkildə zərər verən qərarlar qəbul edilsin. Şübhəsiz ki, dünya praktikasında belə hallar çox olub. Hər-halda internet yenə də mənə nəsə verdi. Tam axtardığım olmasa da, bildim ki, sən demə özünü işləyən kimi göstərib, əslində səhv addımlar atan dövlət orqanı təkcə bizdə deyil. Və qəribə də olsa, bu özü də bir qədər təsəllidir.
Məsələn, Rusiyada Sənaye və Ticarət Nazirliyi ticarət sektorunu dəstəkləmək və təcrid dövründə zərər çəkmiş yanacaqdoldurma məntəqələrinə yenidən pivə ticarətinə icazə verməyini təklif etdi. Belə ticarət əvvəllər qadağan idi. Bəli, başa düşürəm ki, nümunə o qədər də uğurlu deyil, çünki koronavirus pandemiyası zamanı Azərbaycan gömrükçüləri şəxsi istifadə üçün malların gətirilməsi qaydalarını sərtləşdirərək insanlara zərbə vurdular, ruslar isə əksinə, bu dövrdə biznesin, insanların çətinliklərini nəzərə aldılar və əvvəlki qərarları yenidən nəzərdən keçirdilər. Ancaq həm burada, həm də orada söhbət hökumət nümayəndələrinin düşünülməmiş qərarından gedir.
Başqa bir misal - bir neçə il əvvəl Sankt-Peterburqun qubernatoru bir dəfə demişdi ki, "bəzi məmurlar yersiz canfəşanlıq göstərdilər və konstruktiv əhval-ruhiyyə əvəzinə çaxnaşma yaradan tələsik, düşünülməmiş sənəd buraxdılar”.
O, məmurların ixtisarı barədə qərardan danışdı, amma sanki, gömrükçülərimizin hərəkətlərini əvvəlcədən proqnozlaşdırıb.
Razıyam, bu müqayisə də o qədər uyğun deyil, amma burada düşünmək üçün nəsə var. Bizim Nazirlər Kabineti də nədənsə Dövlət Gömrük Xidmətinin mənafeinə uyğun təklifi qəbul edərək sərhəddən keçirilən malların rüsumsuz hissəsinin limiti ilə bağlı əvvəllər mövcud olan qaydaya dəyişikliklər etdi və onları sərtləşdirdi, Rusiyada isə daha yüksək çinli məmur var, o, əksinə vəzifəsi və statusu daha kiçik olanları intizama dəvət etdi.
Qısası, analoqlar yetər, həm də, dünya təcrübəsində bunlar o qədər də çox deyil.
Gec də olsa, nə haqda danışdığımızı xatırlayaq. Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklik təqvim ayında bir dəfə Azərbaycanın gömrük ərazisinə güzəştli əsaslarla gətirilə bilən malların ümumi dəyərinin əvvəlki 1500 ABŞ dolları əvəzinə 800 ABŞ dolları olduğuna aiddir...
Bir nəfərə ayda bir dəfə ünvanlanmış beynəlxalq bağlama şəklində (və ya digər daşıyıcı şirkətlər tərəfindən göndərilən) Azərbaycanın gömrük sərhədini keçən malların qiyməti əvvəlki 1000 ABŞ dolları əvəzinə cəmi 300 ABŞ dolları təşkil edə bilər. Əlavə olaraq, fiziki şəxslər tərəfindən digər ölkələrə səfər zamanı Azərbaycan ərazisinə gətirilən mobil telefonlar və ya digər simsiz rabitə avadanlıqlara görə (və ya poçtla çatdırılan) artıq yazılı bəyannamə doldurmalıdır.
Dünən sosial şəbəkələrdə insanların reaksiyasına cavab Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrindən deyil, gömrük işçilərindən gəldi, baxmayaraq ki, sənəd dövlət idarəetmə sahəsində inzibati və tənzimləmə funksiyalarını həyata keçirən məhz bu yüksək icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənib. Həm də şərhlər sənədə düzəliş edilməsinin zəruriliyini sübut edən bir növ açıq təhlilə əsaslansaydı, bunu başa düşərdim. Lakin belə bir dəlil təqdim olunmadı. Nazirlər Kabinetinin qərarında yalnız qiymətlərin bahalaşmasına gətirib çıxarmayacağı ilə bağlı zəif arqument səsləndi.
Belə ki, Dövlət Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarovun fikrincə, hazırki qərar daxili bazarda qiymətlərin artmasına səbəb olmayacaq, çünki dövlətin vəziyyətə nəzarət etməsi və vətəndaşların narahat olmaması üçün kifayət qədər antiinhisar strukturları var. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda bəzi sahələrdə monopoliyaların mövcudluğu və onlarla mübarizə aparmaqla bağlı ölkənin sosial-iqtisadi vəziyyətinin təhlilinə həsr olunmuş hökumət iclaslarında dəfələrlə danışıb.
Bəs inhisarşılığın buna nə aidiyyəti var? İnsanları bu deyil, Azərbaycan Nazirlər Kabinetinin müəyyən etdiyi məhdudiyyətlər narahat edir. Onlar bu məhdudiyyətlərin ölkə iqtisadiyyatının koronavirus səbəbindən əhəmiyyətli dərəcədə təsirləndiyi və bir sıra mağazalarda bəzi malların tapılmasının həmişə mümkün olmadığı bir vaxtda təsdiqləndiyinə qəzəblənirlər. Ən azından internetdən nəsə sifariş etmək və lazım olanı almaq mümkün olardı.
İnsanların məmnun olmamalarına səbəb belə bir qərarın lazımi təhlillər üçün kənar ekspertlər cəlb edilmədən, bu məsələ mediada müzakirə edilmədən qəbul olmasıdır, və sair. Məgər Azərbaycanın məmurları zamanın dəyişdiyini heç cür anlamırlar? İndi onlar ya Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş kursuna uyğun davranacaqlar, ya da uyğunsuzluq səbəbindən dövlət başçısı tərəfindən vəzifələrindən uzaqlaşdırılan bir çox məsuliyyətsiz məmurların aqibətini yaşayacaqlar.
Azərbaycanda hansısa vəzifəli şəxsin tutduğu vəzifədən asılı olmayaraq hər hansı bir qərarın əhalinin rifah halının yaxşılaşdırılmasına və iqtisadiyyatın gücləndirilməsinə yönəldilməli olmasını başa düşmək o qədər çətindirmi? Axı, hərəkətlərin əsas alqoritmi kimi bu ifadələr mütəmadi olaraq Azərbaycan Prezidenti tərəfindən təkrarlanır və məmurların diqqətinə çatdırılır.
Təkrar edək... Hökümətin hələ də qərarını yenidən nəzərdən keçirməyə vaxtı var, çünki onlar qəbul edildikdən 30 gün sonra, yəni bu il sentyabrın 21-də qüvvəyə minəcək. Və bu vaxta qədər Azərbaycan Nazirlər Kabineti və ya gömrük rəhbərliyi görülən tədbirlərin zəruriliyini (sübutlar əsasında) əsaslandırmırsa, bu qərar həm də Azərbaycanda dövlətçiliyin nüfuzuna xələl gətirməyə yönəlmiş hərəkətlər kimi də şərh edilə bilər. Onlara başqa nə ad vermək olar? Axı, onlar daha çox ayrı-ayrı məmurlar tərəfindən bacarıqsız təxribatı xatırladır.

Rauf Nəsirov //OXU.AZ//