Teymur Rəcəbov iranlı şahmatçıya qalib gəldi
İyun 19
00:53
2021
Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu "Grand Chess Tour” yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.
Qaynarinfo xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Sonrakı görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzan T.Rəcəbov iranlı Alireza Firuzcaya qarşı keçirdiyi günün son qarşılaşmasını qələbə ilə başa vurub.
Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.