SON XƏBƏR

Teymur Rəcəbov üçün ÖZƏL GÜN

Mart 12
12:20 2016
Teymur Rəcəbov 12 mart 1987-ci ildə anadan olub. 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləyərək şahmat vunderkindi hesab olunur. Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir. Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür.
 
Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur.
 
Teymur Rəcəbov Veselin Topalova qarşı (Bilbao, 2008) Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.
 
2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlmişdir. 2005-ci ildə güclü Dos Hermanas turnirini qazanmış və həmin il Avropa çempionatında 2-ci pilləyə sahiblənmişdir.
 
2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etmiş (qara fiqurlarla) və turniri 2-ci bitirmişdir.
 
2007-ci ildə XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olmuşdur. 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurmuşdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook