Tikinti maqnatı olan deputat Məhkəmə Hüquq Şurasının üzvü olmağa hazırlaşır?
Yanvar 22
11:20
2024
Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Məhkəmə Hüquq Şurasına üzv seçilmək istəyir.
AzFakt.com xəbər verir ki, Ülvi Quliyev Məhkəmə Hüquq Şurasında son zamanlar səhhətində problemlər yaranan Səfa Mirzəyevin yerinə seçiləcək.
Səfa Mirzəyev Məhkəmə Hüquq Şurasında hüquq ictimaiyyətinin nümayəndəsi kimi təmsil olunur.
Məhkəmə Hüquq Şurası 1 sədr və 14 üzvdən ibarətdir. Şuranın sədri Ali Məhkəmənin sədri və hakimi İnam Kərimovdur.
Qeyd edək ki, Ülvi Quliyev 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini, 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Ülvi Quliyev 18 ildir deputatlıq fəaliyyəti ilə məşğuldur. O, üçüncü və dördüncü çağırış üzrə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub.
Ülvi Quliyev həm də Milli Məclisdə böyük biznesə malik olan deputatlardandır. Onun Avropada və Azərbaycanda çoxsaylı şirkətləri var. Deputat Bakıda əsasən bina tikintisi ilə məşğul olur.
Qlobal.az