Tikinti materialı bazarında 21.3 faiz azalma- RƏSMİ
Avqust 15
09:05
2016
Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş məhsulun ümumi dəyəri 21,3 faiz azalaraq 188,0 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən dövrdə sementin istehsalı 20,8 faiz, beton qarışığının istehsalı 53,6 faiz, tikinti gipsinin istehsalı 30,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 60,0 faiz azalıb.
Qlobal.az