Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması halları təsdiqlənib
İyul 10
05:19
2016
Nazirlər Kabineti "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın təsdiq edilməsi haqqında qərar verib.
APA-ın məumatına görə, bu sənəd tikintiyə icazənin verildiyi tarixdən 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti işlərinin 3 il ərzində dayandırıldığı hallarda bu icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı halları müəyyən edir.
Aşağıdakı hallarda tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə qeyd-şərtsiz olaraq aşağıda göstərilən müddətə uzadılır:
Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın qüvvədə olduğu müddətə;
- təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə, həmin hadisələrin təsir dairəsində olan tikinti ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər yerinə yetirildikdə, bu tədbirlərin icrası üçün Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi qərarda müəyyən edilən müddətə;
- tikinti ərazisinə aid olan ərazi planlaşdırılması sənədlərində müvafiq dəyişikliklər edildikdə, bu barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının yazılı xəbərdarlığından sonra qərar qəbul edilən tarixədək olan müddətin və bununla əlaqədar ortaya çıxan əlavə işlər üçün layihədə dəyişikliklər edilməsi tələb olunan müddətin cəmini təşkil edən müddətə (bu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır);
- tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edildiyi hallarda, sökülmə barədə qərar qəbul edildiyi tarixdən həmin qərara əsasən tikinti obyekti sökülənədək əhatə olunan müddətə;
- Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən digər əsaslarla müəyyən edilən müddətə.
Göstərilən halların bir neçəsi birlikdə mövcud olduqda, tikintiyə icazə qeyd-şərtsiz olaraq həmin bəndlərdə nəzərdə tutulan müddətlərin cəmini təşkil edən, lakin 3 ildən çox olmayan müddətə uzadılır. Bu hallar istisna olmaqla, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması üçün sifarişçi tikintiyə icazə barədə qərarın qəbul edildiyi gündən hesablanan 3 illik müddətin bitməsinə 60 gün qalanadək müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması sifarişçinin yazılı müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir. Həmin qərarda tikintiyə icazənin uzadılması səbəbləri və müddəti göstərilməlidir. Tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin birinci müraciəti əsasında qəbul edilən qərarın sifarişçiyə təqdim edildiyi (göndərildiyi) gündən 1 il müddətinə uzadılır. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin əsaslandırılmış növbəti müraciəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir.
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması üçün sifarişçi tərəfindən tikintiyə icazə verən orqana tikintinin başlanılmasının və ya başa çatdırılmasının mümkün olmadığını təsdiq edən sənədlər və tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılmasının texniki-iqtisadi əsaslandırılması (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün) təqdim edilməlidir. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin müraciətinə 10iş günü müddətində baxılır. Həmin müddətdə sifarişçiyə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə qərarın surəti və ya əsaslandırılmış imtina təqdim edilir. İmtina barədə qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ödənişsiz həyata keçirilir. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat 10 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.

Qlobal.az