Tikintiyə vərəsəlik hüququnun müddəti haqqında SƏRƏNCAM
Yanvar 15
09:20
2016
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Məcəllənin 250.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:
"250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz”.