SON XƏBƏR

Timoşenko səfərbərliyi dəstəkləyir – Keçmiş baş nazir təkliflərini açıqlayıb

Yanvar 07
13:51 2024
Ukraynanın keçmiş Baş naziri, "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko hazırda müzakirə olunan yeni "Səfərbərlik haqqında” qanunla bağlı fikirlərini açıqlayıb.

"AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, o, Silahlı Qüvvələrin sıralarını artırmaq konsepsiyası təklif edib. Sənəddə aşağıdakı təkliflər yer alıb:

▪ Cəbhədə 1,5 ildən artıq döyüşmüş hərbi qulluqçuların maaşları 2 dəfə artırılacaq, xidməti davam etdirə bilməyənlərə isə bir illik məzuniyyət veriləcək. Əsgərləri bu gün arxa cəbhədə işləyən və təxminən sayı 500.000 nəfər olan artıq təlim keçmiş təhlükəsizlik qüvvələri əvəz edə bilər;

▪ Hərbi xidmətə cəlb olunan hər kəs stimullaşdırılmalıdır. Onlar üçün təlim ən azı 6 ay davam etməlidir. Hər bir əsgər artan maaş, mənzil və sosial təminat almalıdır.

▪ Səfərbərlikdən yayınanların kriteriyalarını dəqiq müəyyənləşdirilməlidir;

▪ Hərbi mükəlləfiyətdən yaşlı kişilər, 27 yaşınadək olan qadınlar, tələbələr, alimlər, müəllimlər, pedaqoqlar, I, II, III qrup əlillər, üç və daha çox yetkinlik yaşına çatmayan uşağı olan kişilər, habelə dörd və ya daha çox uşağı olan şəxslər azad edilir. Əgər ailədə artıq 1 nəfər hərbi qulluq edirsə, bu ailədən başqaları xidmətə aparıla bilməz.

Timoşenko qeyd edib ki, artıq bu gün xüsusi qanun qəbul etmədən sadalanan normaları hökumət səviyyəsində tez və təcili həyata keçirmək mümkündür.
"Amma hökumət hələ də qanuna baxmaq istəmirsə, "Vətən” fraksiyası yuxarıdakı təklifləri düzəlişlər şəklində hazırlayıb və onların tam nəzərdən keçirilməsində israrlı olacaq” –deyə, o, vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook